beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son bahar – Eyyub Yaqubov

Həyatın mənası sevgi, məhəbbət olmuş,
Sevgisiz dünyanın eşqi, gülləri solmuş,
Bir ümid gözləyir, yanır könüllər,
Yanırıq ikimiz ondan bixəbər.
Yanırıq ikimiz ondan bixəbər.

Özümüz bilmədik həsrət, intizar gəldi,
Sevgi qismətinə qəfil son bahar gəldi.
Bəs necə yaşayım söylə mən sənsiz,
Dağlar da heç olmur dumansız, çənsiz.
Dağlar da heç olmur dumansız, çənsiz.

Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq,
Biz elə küsmüşük, çətin bir də barışaq.
Bəxtimin günəşi əbədi söndü,
Sevginin yolları zülmətə döndü.
Sevginin yolları zülmətə döndü.

Məhəbbət əzəldən sanki yox imiş,
Bu ülvi sevgimiz xəyal, yuxuymuş.
Bir yerdə əsiri olduq həsrətin,
Sevgili günləri unutmaq çətin.
Sevgili günləri unutmaq çətin.


Tarix: 22.01.2015 / 18:10 Müəllif: Aziza Baxılıb: 165 Bölmə: Eyyub Yaqubov