beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaqda – Eyyub Yaqubov

Səsimə səs verər buludlu göylər,
Küləklər dərdimi təsəlli eylər.
Zaman da yan keçməz yolumu eylər,
Səndən uzaqlarda, uzaqlarda.

Fikrimi göylərə aparar quşlar,
Bu geniş dünya da ruhum üçün dar.
Yağar ürəyə narın yağışlar,
Səndən uzaqlarda, uzaqlarda.

Nəqarət:
Uzaqda, uzaqda, səndən uzaqda,
Göyləri kövrəldər ürək sözlərim.
Uzaqda, uzaqda, səndən uzaqda,
Sonsuz bir dənizdə itər izlərim.

Uzaqda, uzaqda, səndən uzaqda,
Göyləri kövrəldər ürək sözlərim.
Uzaqda, uzaqda, səndən uzaqda,
Sonsuz bir dənizdə itər izlərim.

Oxşayar ruhumu həzin bir laylay,
Təsəlli taparam dənizlə, ayla.
Səni səsləyərəm ayla, harayla,
Səndən uzaqlarda, uzaqlarda.

Fikrimi göylərə aparar quşlar,
Bu geniş dünya da ruhum üçün dar.
Yağar ürəyə narın yağışlar,
Səndən uzaqlarda, uzaqlarda.


Tarix: 22.01.2015 / 18:09 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Eyyub Yaqubov