beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlvida – Eyyub Yaqubov

O görüşdən keçib gedir yalnız bir il,
Həyatımız dəyişdi bir anda qəfil.
Ancaq bütün olanları sən xəyal bil,
Mən gedirəm, əlvida!

Aramızdan keçilməyən neçə dağ var,
Gül-çiçək gətirmir ki hər gələn bahar.
Harda olsaq hicran gəlib bizi tapar,
Mən gedirəm, əlvida!

Nəqarət:
Tale ayırdı bizi, əlvida Cəmilə,
Ömrümdən silinər izin, əlvida!
Mən gedirəm uzaqlara, əlvida Cəmilə,
Gözün baxmasın yollara, əlvida!

Tale ayırdı bizi, əlvida Cəmilə,
Ömrümdən silinər izin, əlvida!
Mən gedirəm uzaqlara, əlvida Cəmilə,
Gözün baxmasın yollara, əlvida!

Ürəklər yaxın olsa da, yollar uzaq,
Mən sənin ömrünə vaxtsız gəlmiş qonaq.
Ümidimiz soldu artıq varaq-varaq,
Mən gedirəm, əlvida!

Aramızdan keçilməyən neçə dağ var,
Gül-çiçək gətirmir ki hər gələn bahar.
Harda olsaq hicran gəlib bizi tapar,
Mən gedirəm, əlvida!


Tarix: 22.01.2015 / 18:09 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Eyyub Yaqubov