beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana – Eyyub Yaqubov

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana dedim, xəyalıma gəldi ağ saçlarıyla.

Nəqarət:
Öpərəm əllərindən, öpərəm gözlərindən,
Ay ana, qurban ollam mən sana.
Öpərəm əllərindən, öpərəm gözlərindən,
Ay ana, qurban ollam mən sana.
Ay ana, qurban ollam mən sana.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Cünki onun xilqətində ayrıca bir füsun var.
Nəqarət


Tarix: 22.01.2015 / 18:08 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Eyyub Yaqubov