beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizli Yaşayım – Elnur

Bir tale yükünü çəkə bilmirsən,
Desəndə sevirəm, sevə bilmirsən
Bir dünya sevgini bölə bilmirsən
Qoy sənin qəlbində gizli yaşayım.

Gözlərin gözümdən, əllərin əlimdən üzülsə mənim
Muradım, son arzum gözümdən süzülsə mənim
Qoy sənin qəlbində gizli yaşayım.

Baharı qəlbimdən əbədi silsən,
Ömrümdən hər günü payız eləsən
Soyuq baxışınla kədər gətirsən
Qoy sənin qəlbində gizli yaşayım.

Gözlərin gözümdən, əllərin əlimdən üzülsə mənim
Muradım, son arzum gözümdən süzülsə mənim
Qoy sənin qəlbində gizli yaşayım.

Həsrətin yolunda, qismətin sonunda
Mən sənin eşqinəm, son ümüd harayım
Bu qədər dözmüşəm, zülmünü çəkmişəm
Qoy sənin qəlbində gizli yaşayım,
Qoy sənin qəlbində gizli yaşayım.


Tarix: 22.01.2015 / 18:05 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Elnur