beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəbrin insana sözü

Ruhundan ayrı düşmüş hər bədən mənim qonağım,
Qurdlara yem olacaqdır, inan, sənin yanağın.

Gəzməyəcək yer üzündə daim sənin ayağın,
Əcəl ilə sınar bir gün güvəndiyin dayağın.

Gülüşlərin rahatlıq doldurur unutma məni,
Günah edərkən düşün ki, gözləyirəm mən səni.

Çürütmüşəm neçə-neçə təkəbbürlü bədəni,
Əzablar gözləyir inan hər günahkar bəndəni.

Bura zülmət məskənidir özün ilə nur gətir,
Yalnız qu'ranın nuru bu zülmətdə nur gətirir.

Haram yeyən hər kəs, hər bir günahkar, hər bir fasiq,
Bir gün olacaqdır burda acı əzaba layiq.

Vardır nə qədər haqdan qafil, bu dünyaya aşiq,
Bilsəydilər bu dəhşəti olardılar sadiq.

Gəz ey insan! Yer üzündə
hər addımın mənə sarı,
Haqqı inkar eyləyirsən,
haqqı qə'bul eylə barı.





Sahib AbdusSalam


Tarix: 09.05.2013 / 12:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 308 Bölmə: Dini Şe`rlər