beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddə 6

Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir.
Öz xidməti vəzifələrinin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır.
Xidməti vəzifələrin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşın xidmət etdiyi orqana akt üzrə təhvil verilməlidir.
Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəisinin rəyini öyrənməlidir.
6-1. Yuxarı vəzifəli şəxslərin qərar və hərəkətlərini müzakirə və şərh etməməli, xidməti fəaliyyətlə əlaqədar olan məlumatların yayılmasına yol verməməlidir.
Xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanının, onun rəhbərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6-2. Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmalıdır.
Xidmət etdiyi dövürdə maraqların toqquşmasına (vəzifə səlahiyyətləri çərçivəsində özünün yaxud yaxın qohumlarının şəxsi və maddi maraqlarına toxuna bilən qərarların qəbul edilməsi) yol verməməli, öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, həmin maraqların xarakteri barədə birbaşa rəisə məlumat verməlidir.
Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, dövlət orqanının rəhbərini məlumatlandırmalıdır.


Tarix: 15.01.2014 / 22:54 Müəllif: ADMIN Baxılıb: 158 Bölmə: Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi