beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Gilə – Davud Məmmədbəyov

Gəlmişəm otaqına oyadam səni,
Qara gilə, oyadam səni.
Nə gözəl xalq eyləmiş yaradan səni,
Qara gilə, yaradan səni.
Götürüb mən qaçaram aradan səni,
Qara gilə, aradan səni.

Qizil gül əsdi,
Səbrimi kəsdi,
Sil gözün yaşın, qara gilə,
Ağlama bəsdi.

Təbrizin küçələri dolan ba dolan,
Qara gilə dolan ba dolan.
Əyər məni sevmirsənç get ayrı dolan.
Nə mənə qız qəhətdirç nə sənə oğlan,
Qara gilə, nə sənə oğlan.

Ağac olaydım,
Yolda duraydım,
Sən gələn yerə qara gilə,
Kölgə salaydım.

Evimizin qabağı, su gələn arxdı,
Qara gilə, su gələn arxdı.
Durum çıxım eyvana, yar gələn vaxtdı,
Qara gilə, yar gələn vaxtdı.
Yarım gəlib çixmayır, oqatım təlxdi,
Qara giləç oqatım təlxdi.

Dərbənd aralı,
Könlüm yaralı,
Bir yar sevmişəm, qara gilə,
Ellər maralı.


Tarix: 22.01.2015 / 18:00 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Davud Məmmədbəyov