beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dakodje [A Team] – Mən gedirəm

[Intro]

Yeah, mənim səsim yoxdu,amma bugün oxuyacaq.Öz zənnimdə oxuyacaq.Hiss etdiyim bu zibili oxuyacaq…Yeah 1-2 səs. A Team

[Chorus]

Mən gedirəm,itirilmiş xəyalda özümlə təm tək

Mən gedirəm, bitirilmiş cümlədə oldum nöqtə (2X)

Tək bu yolun sonu bilinmir harda

Yoxluqlarda qatil baharda

Yenidən öldü bütün yarpaqlarda

Darda qaldı ömrüm mənim hər günüm

Axı ömür də bitməzdi belə

Dilə gəlməzdi acı sözlər

Yaşanan anları döndərdik külə

Gülə gülə bitirdik biz də…

[Chorus]

Mən gedirəm,itirilmiş xəyalda özümlə təm tək

Mən gedirəm, bitirilmiş cümlədə oldum nöqtə (2X)

Cavabsız suallar məskəni qəlbim

Sərdim ömrümü önümə

ölümə kifayətdir dərdim

Mənim əllərim

Şərab piyalə, həyat isə entromez

Mənsə Piyero,günlər gəl-geç-get tez

Hər bir xəyalın var bir sonu

Sevgi də əlbət tapacaq onu

Bu həyatda əbədi yox Heç nə

Əvvəli olsa da olacaq sonu.

[Chorus]

Mən gedirəm,itirilmiş xəyalda özümlə təm tək

Mən gedirəm, bitirilmiş cümlədə oldum nöqtə (2X)

Son sonuncu addımlar,yenidən bahar

Olmayacaq qəmlərim ömrü tullayar

Hər şeydən bezmiş tipik bir pessimist

İndi ayrılıq kəsməz səsimi

Ümidlər tükəndi nəfəs al dərin

Xeyri yoxdu keçən illərin

Dərdi gecələrin , sonuncu günlərin

Dadını duymasam ,bəlkə dincələrəm

Dinamitlər yerləşdirilmiş qayalar ürəyim

Bil,iki,üç say və partlasın

Dinləyim sən tək özümü tapım

Sən tək özümü hər sətirdə hər sözdə

Gözdə və oxu mənlə…

[Chorus]

Mən gedirəm,itirilmiş xəyalda özümlə təm tək

Mən gedirəm, bitirilmiş cümlədə oldum nöqtə (2X)

Mən gedirəm,gedirəm,gedirəm,gedirəm, o baby (4X)


Tarix: 23.01.2015 / 14:32 Müəllif: Aziza Baxılıb: 204 Bölmə: Dakodje [ A Team ]