beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dakodje [ A Team ] – Fənafillah

Dakodje [ A Team ] – Fənafillah Lyrics



[ Intro ]

Eşqdə yanmağdan özgə bir əlamət görmədim..
Könlümü pərvanə tək çox şəmpə qurban etmişəm..
Eşq çövründən qurtarmaq bir sağalmaz dərd imiş..
Mən bu dərdin çarəsin ölməklə asan etmişəm.. (Əliağa Vahid)

(Verse 1)
Ölüm və qan indi unutdur mənə hər şeyi sən..
İndi dəyişib hər şey, sevmirəm mən, sevmirsən sən..
Yol magistral, tənha addımlar yenədə mənə dost..
Poz ürəyindən hər şeyi, hisslərə verilmir pauza..
Desəmdə, qaçmağ istər ruhum köhnə qəlibdən..
Qan axırdı göz yaşı yerinə, sevərdik biz qəlbdən..
Bir-birimizə and içərdik, ayrılmayacayığ heç vaxt..
Arzularda pərdə saldı, qırıntılar çıxdı dərtdən..
Gün-gecə keçirdi, dayanacağlar yaşlanırdı..
Dil-boğaz quru qalanda, arzular daşlanırdı..
Başlanırdı ağrı, sən gedəndə, gün bitəndə..
Gecə uzundu, yol uzundu, sevgi yoxdu qəlb itəndə..
Olacaq uşaqlarımıza ad qoyardıq..
Hər gecə, telefon, sənin səsin, hardasan sən, hardayam mən?!
Dolacaq hər səmada, bir ulduzla iz qoyardıq..
Baş hərflərimiz yazılan ağac, indi söylə, hardasan sən?
Susursanmı itib gedən, tozlu qalan hisslərim kimi?!
Susuranmı paslanan sevgi izləri kimi?!
Yoxsa kəsdi sənidə qəddar rəssam çəkən sevgini?!
Basdırdım xəyallarımı, basdırdım mən hər günü!
Və ad günü! Qonağlar evdə, sanki sənlə öldüm mən..
Bayram əhval ruhiyyəsi içrə, susqun baxışlar..
Yox bu gün anadan olmamışdım, ayrılıqda ölmüşdüm..
İndi tənha küçələrdə, qorxudar səni yağışlar..

[ Chorus ]
Həyatım mənim, arzular kimi necə uçdu göylərə..
Və sənin yoxluğun, mən lənətli mahnımı söylərəm..
İçilən andlar, birgə keçən anlar, parklar, skameykalar..
İndi susurlar bizə baxıb, sevgimizə baxıb, bunun adı sevgimi? Yalan..

(Verse 2)
Qara bir dəftərim vardı, yazardım günləri orda..
Yazmışdım məsafələr bizi ayırmaz..
Deyəsən yanıldım mən, deyəsən biraz yoruldum mən..
Qəlbimin qanı dolu badə əldə, şirin yuxu, ayıldım mən!
Evlilik günün təsvir edərdik, sevdiyimizi söyləyərdik..
Təbəssüm üzünə qondu, mən unutdum hər şeyi..
Əllərin əllərimdə, çöldə şaxta, bizsə üşüməzdik..
İlk öpüş, biz utanmışdım, hamıdan biz gizlədərdik..
Demişdim, yad ellər dəyişər, qorxub ağlamışdım..
İstəmirdim gedəsən sən, hər tərəfidə bağlamışdım..
Sənsə gözümə baxdın, dedin qorxma, deyil həmişəlik..
Mən gələcəm, sən sev məni, ölsəmdə ruhum sənlik..
Düzdü gəldin amma gələn sən deyildin sanki..
Sənmi dəyişdin? Yoxsa mənmi? Kim günahkar?
Yoxsa baxışlarmı? Yoxsa yağan yağışlarmı?
Yad ellərmi? Yad əllərmi? Yoxluğuna bağışlarmı?
İndi buz tutub ürəklər, küçələr, ulduzlarda donub..
Şeytanımda sarıldı mənə, yaxın uzaqlarda donub..
Gecikdik? Ayrılıqmı tələsdi? Düşünmədikmi sonu?
Etiraflarmı gizləndi? Çiyinlərə əcəlmi qonub?
İndi keçdi hər şey, qatar getdi, zaman axdı..
İndi gecdi artığ, həyat öldü artığ, damar atdı..
Bu mahnı buludlardı, yağışlardı, şimşək çaxdı..
Bu mahnı ağlayardı, ağlayardı, biz sonumuza baxdıq..

[ Chorus ] X2
Həyatım mənim, arzular kimi necə uçdu göylərə..
Və sənin yoxluğun, mən lənətli mahnımı söylərəm..
İçilən andlar, birgə keçən anlar, parklar, skameykalar..
İndi susurlar bizə baxıb, sevgimizə baxıb, bunun adı sevgimi? Yalan..

[ Outro ]
Həyatım mənim.. Həyatım mənim.. Uçdu göylərə..
Və sənin yoxluğun.. Və sənin yoxluğun..
İçilən andlar.. İçilən andlar.. Uçdu göylərə..
İndi susurlar.. İndi susurlar.. Sevgimi? Yalan..


Tarix: 23.01.2015 / 14:32 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Dakodje [ A Team ]