Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərar haqqında aforizmlər

Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir: onlar getmir, suyun axını onları aparır. ( Litsi Anney Seneka: Qədim Roma filosofu )
Gedəcəyiniz yeri bilmirsinizsə, çatacağınız yerin heç bir əhəmiyyəti yoxdur. ( Naməlum )
Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur. ( Bencamin Franklin )
Ədalətli qərar çıxara bilməyən hakim gec-tez özü müttəhimlər kürsüsündə əyləşməli olur. (İohann Volfanq Höte: Alman şairi və mütəfəkkiri )
Qarşı tərəfi dinləmədən qərar qəbul etmək ədalətsizlikdir, hətta qərarın özü ədalətli olsa belə ona xor baxacaqlar. ( Litsi Anney Seneka )
Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. ( Sokrat )
Elm - insanı şübhədən, yaxşılıq - əziyyət çəkməkdən, qərarlı olmaq isə qorxudan qurtarır. ( Konfutsi )
Bir iş haqqında şübhəli qərar qəbul etmək xətalı, qəti qərara gəlmək isə gülüncdür. ( Mari Fransua Arue Volter: Fransız filosofu və yazıçısı )
Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır. ( Adolf Hitler )
Qərarlar əksər hallarda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz . Amma yenə öz qərarımıza etimad edərik. (Aleksandr Pop: İngilis şairi )


Tarix: 10.12.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Dahilerin sözleri
loading...