Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DİŞ

öyada diş çeşidli yozumlarla incələnir: Üst çənədəki ön dişlər-ananı, atanı, böyük əmini; sağ tərəfədə olan-atanı; sol tərəfdəkidişlər isə əmini bildirir. Öndəki dörd dişin arxasında olan sivri dişlər röya sahibinin əmisi oğluna, yaxud da iki yaxın dostuna işarədir. Bu sivri dişlərin arxasında gələn göz dişləri ailə üzvlərinə, həyat yoldaşına və evin möhtərəm böyüyü anlamına uyğun gəlir. Göz dişini ardında bulunan dişlər isə dayılar və onların oğullarıdır. Azı dişlər babalar, yaxud da sevilən, oyünülən kiçik oğlan nəvələrdir. Alt çənədəkidişlər ana tərəfdən qadın qohumlara işarədir.İki alt, iki üst çənədəolan dörd ön diş-röya sahibinin öz törəmələri olan uşaqlardır. Alt çənədəki iki ön diş xalalardır. Əgər röyanı görənin anası və xalası yoxdursa, o dişlər onun iki balası və balaca qızlarıdır. Alt çənədəki sivri dişlər yuxu sahibininqaynatası və ya həyat yoldaşının atasıdır. Göz dişlərinin arxasındakı dişlər hörmətli, izzətli adamlara işarədir. Azı dişlərailədən uzaqda olanları, nənələri və sevimli kiçik qız nəvələri bildirir. Yuxuda dişlərdən birini sallanması-xəstəliyə əlamətdir, düşməsi isə-o diş kimi bildirirsə, həmin adamın ölümünə, yaxdu da izsiz-soraqsız itkin düşməsinə işarə sayılır. Diş çıxarıb onu görmək-röya shibi qohumu olan bir yaxınından o dişin dəyəri qədərində vara yetişəcək. Dişlər çürüyüb görünməz olarsa, o dişin bildirdiyi adama pislik gələr. Ön dişləri normadan uzun və ya qısa görmək-röya sahibinin atası və ya əmisi dünyada çox böyük çətinliklərlə qarşılaşacaq. Bütün dişlərini sallanan görmək-ailə üzvləri arasında çəkişməyə və qovğaya işarədir. Ön dişlərini çürüməsi digərlərinə də zərər vermişsə-yuxu görənin həyat yoldaşının əxlaqsız olmasına işarə sayılır. Dişlərinin qamaşdığını görmək-ailədən yardım gözləmək hədərdir. Röyada çəkib çıxartdığı dişi dəyişmək-gəlirli bir ticarətlə məşğul olmağa yozulur. Damağında qızıl və gümüş dişlərin çıxması-bədbəxtliyə və xəstəliyə işarə sayılır. Artıq diş görmək-röya sahibi gözünü, qulağını, burnunu, ümumiyyətlə, dişlərindən birini itirəcəkdir.


Tarix: 31.12.2013 / 19:43 Müəllif: Ebulfez Baxılıb: 188 Bölmə: D hərfi
loading...