beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sızanaqlar

Sızanaqlar haqqında mif və reallıqlar

Birinci mif- «Sızanaq- yeniyetmə dövrünün xəstəliyidir». Bu fikirlə qismən razılaşmaq olar, çünki sızanaqlar yeniyetmənin cinsi yetişkənliyi dövründə daha çox müşahidə edilir. Bununla belə, qeyd olunmalıdır ki, digər yaş qrupundan olan insanlar da sızanaqlardan əziyyət çəkirlər. Məsələn, iyirmi yaşını adlamış qızlarda da sızanaqlar peyda olmağa başlayır. Hətta qırx yaşında olan qadınlarda belə, sızanaq müşahidə etmək mümkündür.

İkinci mif- «Sızanaq düzgün qidalanmamanın nəticəsidir». Ümumiyyətlə, düzgün qidanmamağın sızanaqların yetişməsinə səbəb olması barədə yekdil fikir yoxdur. Bununla belə, bəzi həkim-kosmetoloqlar pasiyentlərinə daha az şokolad, qoz və pendir yeməyi məsləhət görürlər. Digər həkimlər isə, əksinə, hesab etmirlər ki, şokolad, pendir və ya qoz sızanaqların yaranmasına səbəb olur.

Üçüncü mif- «Cinsi əlaqələr sızanağın qarşısını alır». Yalnış fikirdir.sızanaqlar

Dördüncü mif- «Sızanaq yoluxucudur». Yox, insan başqasından sızanağa yoluxa bilməz. Sızanaq dəridə qidalanan bakteriya və piy toxumalarının qarşılıqlı təsiri nəticəsində peyda olur.

Beşinci mif- «Günəş sızanağın axırına çıxır». Doğrudur, Günəş şüaları sızanaqların yox olmasına kömək edir. Araşdırmalara görə, sızanaqdan əziyyət çəkənlərin 60 faizi Günəş vannası qəbul etdikdən sonra özlərini yaxşı hiss edirlər.

Altıncı mif – «Əsəbiləşərkən sızanaqların vəziyyəti daha da pisləşir». Yox, belə deyil. Təbii ki, əsəbiləşib sızanaqlara toxunmasanız, dərinizdə problem yaşamayacaqsınız.

Yeddinci mif- «Sızanağı sıxanda ondan tez xilas olmaq mümkündür». Tamamilə yalnış fikirdir. Heç bir halda sızanağı sıxmayın. Xüsusilə də dərin sığanaqlara toxunmayın. Sıxılmış sızanaq daha da böyüyür və möhkəmlənir.
Sızanaqların əmələ gəlmə səbəbləri haqqında da oxuyun.

Sızanaqlara qarşı nə etmək lazımdır?
Üzünüzdə sızanaq əlaməti gördükdə kağız salfetə bükülmüş 1-2 ədəd buz parçasını 15 dəqiqə həmin nahiyədə saxlayın. Sonra gil maskasını sızanağın üzərinə çəkib yarım saat gözləyin. Ardından ilıq su ilə yuyun.
Sızanaqların yaxşılaşmasını sürətləndirmək, qızartını yox etmək üçün bal da yaxşı vasitədir. Balda olan antibakterial maddələr sızanağı yaradan səbəbləri məhv edir, dəri hüceyrələrini təzələyir.
Dəri hüceyrələri daha çox gecələr təzələndiyindən yatmazdan əvvəl sızanağın üzərinə bal sürtün. Balın ətrafa yayılmasının qarşısını almaq üçün üzərinə bir yara bantı yapışdırın. Səhər bantı çıxarın. Sızanaq yaxşılaşana qədər bu əməliyyatı təkrar edin.
Digər bir metod: 6 aspirin tabletini əzib 100 qram spirtdə həll edəndən sonra (hermetik bağlamaq şərtilə) üzə səhər-axşam çəkmək.
Dərinizə canlılıq qazandırmaq və bakteriyaları təmizləmək üçün qatıq maskasından da istifadə edə bilərsiniz. Bunun üçün yarım kasa qatığı soyuyana qədər soyuducuda saxladıqdan sonra üz və alnınıza nazikcə çəkin. 10 dəqiqə gözləyib ilıq su ilə yuyun.
Əgər maskalardan istifadə etmək istəmirsinizsə, Metrogyl geli, Clean&Clear kremlərindən istifadə edə bilərsiniz.


Tarix: 27.11.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Dəri-zöhrəvi xəstəliklər