beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi elaqe zamanı qoruyucu vasitelerden istifade

Bu meseleye bir-neçe yönden münasibet bildirmek olar. İlk evvel bu vasitelerden hansı meqsedle istifade edilmesini bilmek vacibdir. Tebii ki, burada ele sebebler vardır ki, bu, cinsi elaqe zamanı qoruyucu vasitelerden istifade edilmesini teleb edir.

Meselen, cemiyyetimizde maddi çetinlik sebebinden bezi aileler çox uşaq dünyaya getirmek istemirler. Yaxud da qadının sehhetinde yaranan bezi problemler de onun uşaq dünyaya getirmesine mane ola biler. Mehz bu ve ya diger üzürlü sebebler olarasa, cinsi elaqe zamanı qoruyucu vasitelerden istifade etmek mümkündür. Habele istifade edilecek vasitelerin her iki terefin orqanizmine menfi tesir edib-etmeyeceyi de nezere alınmalıdır.

İstifade edilecek vasitelere keçmezden evvel qeyd etmek isterdik ki, uşaq dünyaya getirmek, ona süd vermek ve onu böyüdüb boya-başa çatdırmaq qadınların ümde vezifesidir. Sadalananları yerine yetirmek üçün qadının cismen ve menen sağlam olması vacibdir.

İslam dininde cinsi elaqe zamanı qoruyucu vasitelerden istifade edilib-edilmemesi meselesi müxtelif yönlerden izah edilir. Bunları aşağıdakı kimi sıralamaq olar:

Ezl: Kişinin cinsi elaqe zamanı spermanı kenara boşaltmasıdır. Peyğemberimiz (s) bezi hedislerinde bu üsuldan istifade etmeye icaze vermişdir. Henefi mezhebinin alimleri de qadının icazesi olarsa, “ezl”in caiz (icazeli) olmasına hökm vermişler.

“Ezl” qorunma vasitelerinden biridir. Müasir dövrde yeni üsulların tetbiqi ile de qorunma mümkündür. Bu, qadının hamile qalmasının qarşısını alır. Meselen, qadının yumurtalıqlarının, kişinin ise prostat vezisinin kesilib götürülmesi ve.s. Ancaq bu vasiteler insan fitretine ziddir. Bu sebebden İslam alimleri de bunun haram olduğunu bildirmişler.

Qadının analıq kanallarının bağladılması: Bu, cerrahiyye emeliyyatı ile yumurtalıqlara geden kanalların bağladılması üsuludur. İslam alimleri bu üsulun da zererli olduğunu deyirler. Çünki bu, Allahın bexş etdiyi fitrete müdaxile etmek demekdir ve bunun sonsuzluğa getirib çıxarma ehtimalı daha çoxdur. Bezen bele vasitelerin sonsuzluqla yanaşı, gelecekde xeste ve şikest uşaqların dünyaya gelmesine şerait yaratdığı bir çoxlarına melumdur.

Qoruyucu rezin (prezervativ): “Ezl”den daha asan olduğu üçün, “ezl”e icaze veren alimlerin bu üsula da icaze verdikleri melumdur.

Spiral qoydurmaq: İbn Abidin özünün “en-Nehr” adlı kitabında bu vasiteyle qorunmağa icaze verir. O, öz kitabında yazır ki, “Qadın analıq kanallarını bağlamaq haqqına sahibdir. Ancaq bunu öz erinin icazesi olmadan ederse, bu haramdır”.

Heblerden istifade etmek: Kişi ve ya qadın müxtelif heb ve dermanlardan istifade etmezden evvel, şeriete ve öz peşesine derinden beled olan hekimle meslehetleşmelidir. Bu dermanların qadına, kişiye ve insan orqanizmine ne qeder zererli olub-olmaması deqiqleşdirilmelidir.

Xülase, qadınla kişi ümumi menafeden çıxış etmekle cinsi elaqe zamanı qoruyuculardan istifade ede bilerler.


Tarix: 03.12.2012 / 22:08 Müəllif: [Ram] Baxılıb: 2209 Bölmə: Cinsi Münasibətlər