beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının Yataqda İstədikləri

Həssas olmağı istər

Qadınlar düşüncələrin əksinə olaraq, "həyatımda seks olmasa da olar" deyəcək qədər seksdən uzaq deyillər. Əhəmiyyətli olan kişinin qadınına necə yaxınlaşdığı, seksi necə tələb etməyidir. Həssaslıqdan tamamilə uzaq bir seks heç bir qadını təmin etməz. Qadınlar əvvəl bir az həssaslıqla başlayan sevişmələrdən xoşlanır. Amma bu romantikliyin dərəcəsini yaxşı nizamlamaq lazımdır. Sevgi kəpənəyi kimi gəzən kişi də heç cazibədar deyil!



Ünsiyyət qurmaq istər

Qadınlar yalnız normal həyatlarında deyil, seks əsnasında da daim tərəf müqabili ilə ünsiyyətdə olmağı istəyərlər. Əksər qadınlar sevişmə zamanı danışmaqdan xoşlanırlar. Xeyr, təbii ki bu gün günorta yeməyində nə yediyi haqqında deyil, seks arzusunu dilə gətirən dialoqlardan...



Sevişmədən sonra maraq istər


Qadınlar sevişmədən dərhal sonra, sanki qısa müddət əvvəl sevişmək üçün can atan, həyəcanlı və cəld davranan o deyilmiş kimi, dərhal geyinib evdən çıxan, televiziya izləməyə qaldığı yerdən davam edən ya da dərhal yuxuya gedən kişilərə əsəbləşir. Sevişmə sonrası asan yuxuya getmək kişilər üçün hormonal bir zərurət ola bilər amma ya digərləri ... Qadınlar sevişmədən sonra da özlərinə göstərilən marağın davam etməsini istəyirlər.



Zövq nöqtələrini bilən kişi istər

Qadınlar yataqda özlərini təmin edə bilən kişi istəyir. Qadın bədənini tanıyan, qadın bədəninin zövq nöqtələrinə hakim olan kişilər şanslıdırlar.



Tez boşalmayan kişi istər

Qadınlar yataqda erkən boşalan kişilərdən nifrət edirlər. Əlbəttə, bu vəziyyətin bir ya da iki dəfə olması yola verilə bilər; amma hər dəfə yarışı erkən buraxmaq, heç bir qadının dözəcəyi bir şey deyil.



Gec boşalmayan kişi istər

Qadınlar saatlarla boşalmayan kişilərdən də xoşlanmazlar. Çox qadın çoxdan orgazma çatdığı halda, kişinin boşalmasını gözləməkdən sıxılarlar. Bundan başqa, müddət uzandıqca yaşadığı zövqü də unutduğu üçün, bu sevişmədən heç bir dad almazlar.



Fərqli pozalar istər


Yalnız vaginal zonanı təmin edərək qadınını zövqdən dəliyə çevirdiyini sanan kişilər yanılırlar. Qadına sevişmədə zövq vermənin tək yolu əlbəttə ki, bu deyil. Hər an qadınının sevişməkdən zövq alıb almadığını fərqləndirə bilən, onu zövqdən dəliyə çevirən mövqeləri tapa bilmək üçün səy sərf edən kişilər bu işdən qazanclı çıxırlar.


Qadınlar yataqda özlərini təmin edə bilən kişi istəyir. Qadın bədənini tanıyan, qadın bədəninin zövq nöqtələrinə hakim olan kişilər şanslıdırlar.


Tarix: 25.11.2012 / 03:02 Müəllif: [Ram] Baxılıb: 2601 Bölmə: Cinsi Münasibətlər