beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərdə cinsi istəksizliyin səbəbləri
Kişilərdə cinsi istəksizliyin səbəbləri

Kişilərin daim cinsi istəyə malik olmaları və buna həmişə hazır olduqları haqda yanlış fikirdə olmuşuq. Halbuki, istəyi olmayan kişilər də var. Üstəlik, hər beş kişidən birində görülə biləcək problem cinsi istəksizlikdir. Ancaq bu problemə qadınlar da səbəb ola bilər. Qadınların çoxu cinsi əlaqə zamanı passiv və hərəkətsiz olur və ya sevişməyə çox az həvəsli olurlar. Kişilərin əhəmiyyətli bir hissəsi yoldaşlarının cinsi cəhətdən çox aktiv olmasından narahat olsalar belə, yenə də onları təmin edə bildiklərini görmək istəyirlər. Kişilərdəki cinsi istəksizliyin səbəbləri bunlardır:

Bioloji səbəblər
Xəstəliklər: Koronar çatışmazlıqları, böyrəküstü vəzilərin çox, ya da az işləməsi, cinsi hormonların azlığı, qalxanvari hormonlarının azlığı və ya çoxluğu, beyin qanamaları cinsi istəyi azalda bilər.
Dərmanlar: Depressiya dərmanları, bəzi təzyiq dərmanları, psixoloji müalicədə istifadə edilən bəzi dərmanlar da cinsi istəyi azalda bilər.

Psixoloji səbəblər
Kişilərə qadınları ələ almaq və arzularını həyata keçirmək üzrə öyrədilr. Bununla da cinsəlliklə sevgini ümumiyyətlə bir-birindən ayırmaq məcburiyyətində qalırlar. Kişi yatacağı qadına hörmət edir, evlənəcəyi qadınları isə bir-birindən ayırmağa meylli olur. Bir qadını sevdikləri zaman isə cinsi əlaqə qurmaq məsələsində çətinlik yaşayırlar.

Uşaq istəməmək
Asılılıq və məsuliyyətdən boyun qaçıran kişilər uşaq sahibi olmağın verəcəyi öhdəliklərdən xilas olmaq üçün cinsi əlaqəyə girməyə bilər. Sonsuzluğa qarşı müalicə alan ailə həkimlərin döllənməyə uyğun olaraq təyin etdiyi zamanlarda kişinin cinsi istəksizliyi səbəbiylə əlaqəyə girə bilmirlər. Yoldaşı uşaq sahibi olmağı çox istədiyindən ona qarşı çıxa bilmir. Lakin fərqində belə olmadan cinsi istəksizliyi inkişaf etdirərək uşaq sahibi olmalarına maneə törətmiş olur.

Cinsi əlaqə ilə bağlı narahatlıq
Qadınlarda olduğu kimi, kişilərdə də cinsi əlaqə ilə bağlı narahatlıq hissi ola bilər. Bəzi kişilər həyat yoldaşlarındakı bir neçə səbəbə görə narahatlıq hiss edər və bununla qarşılaşmamaq üçün cinsi əlaqədən qaçar.

Yoldaşın cinsi bacarıqsızlığı
Kişilər cinsi təcrübəsi olmayan, əl dəyməmiş qızları özlərinə həyat yoldaşı seçməyə meyillidirlər. Bu təcrübəsizlik cinsi yaxınlıq əsnasında necə davranılacağını bilməmək kimi müxtəlif çətinliklər yarada bilər. Kişilər bir tərəfdən təcrübəsiz qadınları seçir, amma bir tərəfdən də xüsusilə öz cinsi fəaliyyətinin yaxşı olduğunu görmək üçün yoldaşının təsirləndiyini görmək istəyərlər. Öz kişilik obrazına duyduğu güvəni yoldaşına verə biləcəyi həzzlə artıb-azala bildiyindən cavab verməyən, cinsi əlaqəyə qatılmayan bir qadın ərinin doyumunu azalda bilər.

İstək azalanda eşqbazlığa başlayır
Yaş, sosial çətinliklər, bir yaxının itkisi kimi stress və kədər hissi yaradan hadisələr də cinsi istəksizliyə səbəb olur. Eyni zamanda partnyorlar arasındakı cazibədarlıq da cinsi funksiyalara əks olunur. Dəyişmə, yaşlanma və ya fiziki dəyişikliklərlə də (kökəlmə, sarsıdıcı əməliyyat, pis gigiyena) ortaya çıxa bilər. Kişilərin əlaqənin irəliləyən dövrlərində yoldaşlarını ana kimi görməyə başlamaları və ya fiziki görünüşü dəyişdiyi üçün əvvəlki kimi gözəl, cazibədar görməmələri cinsi istəyi azalda bilər. Xüsusilə uşaq sahibi olduqda, yəni ana roluna girdikdən sonra yoldaşlarına cinsi istəyi azalan kişilər bəzən gənc biri kimi həyat sürməyə və daha gənc olan qadınlarla eşqbazlıq etməyə başlayırlar.


Tarix: 25.04.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 539 Bölmə: Cinsi Münasibətlər