beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çılğınlıq , eşq, ehtiras...

Qədim vaxtlarda hələ insanlar dünyaya gəlmədiyi bir vaxtda çılğınlıq, eşq, ehtiras, şəfqət tənbəllik, yalan və xəyanet oturub söhbət edirlərmiş.Birdən onlar qərara gəlirlər ki, gizlənpac oynasınlar.
Çılğınlıq saymağa başlayır - 1, 2,3,4,5.... .Sevgi buludların arxasında gizlənir, yalan istəyir ki, daşların altında gizlənsin amma birdəfəlik yerin altına keçir.Şəfqət, ehtiras vaxt tapıb gizlənirlər.Çılğınlıq saymağa davam edir, artıq bitirmək məqamında eşq gizlənə bilmədiyini görüb güllərin arasına girir.Çılğınlıq gözünü açanda tənbəlliyi arxasında gizlənmiş görür.Ehtirası dünyanın mərkəzində, şəfqəti çiyni üzərində tapır.Xəyanəti zibillikdə, yalanı yerin altında görür.Sevgini də buludların arasında tapan çılğınlıq eşqi tapa bilmir.Xəyanət onun qulağına pıçıldayır ki, eşq güllərin içindədir.Çılğınlıq əlinə bir çubuq alıb güllərin içində eşqi axtarır.Birdən bir qışqırıq eşidib əlini saxlaylr.Eşq güllərin içindən al-qan içində çıxır.Çılğınlıq onun gözünü kor etmişdi.Çılğınlıq nə edəcəyini biməyib eşqdən üzr istəyir və çox məyus olur.Eşq isə əvəzində bildirir ki, bundan sonra bütün ömrü boyu ona həmdəm olmalıyam.O gündən bəri bu günə eşqin gözü kor, çılğınlıq isə eşqin yolyoldaşıdır.


Tarix: 26.05.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2655 Bölmə: Cinsi Münasibətlər