beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİÇS-e yol açan virusun gen xeritesi çözüldü

Yeni texnologiyanın tetbiqi sayesinde AIDS (QİÇS) xesteliyine yol açan HİV virusunun gen xeritesi tamamile deşifre edilib. Lent.az-ın Türkiye metbuatına istinaden yaydığı melumata göre, bu barede “Nature” jurnalına açıqlamasında Şimali Karolina Universitetinin professoru Kevin Veeks melumat verib. Professor bildirib ki, virusun gen xeritesinin artıq elm üçün melum olması bu xestelikle mübarizede yeni müalice üsullarının tetbiqine ve xestenin tam sağalmasına imkan yaradacaq. Eyni zamanda qripin müxtelif növlerine, o cümleden “donuz qripi”ne qarşı mübarize de sehiyyenin işi asanlaşacaq. O qeyd edib ki, HIV virusu DNT deyil, RNT tipi bir virusdur. “SHAPE” üsulu ile RNT-nın liflerini yaradan ve nükleotid adlanan blokların şeklini çıxarmaq mümkün olub. HİV virusunun RNT-nın detallarının xeritesinin elde edilmesi sayesinde onların mehv ede bilecek dermanların hazırlanması, mikrobların insan bedeninde çoxalmasının qarşısını alacaq mexanizmlerin formalaşdırılması müasir tibb elmi üçün çetin olmayacaq. Professor vurğulayıb ki, HİV virusunun detallarının melum olması qısa müddetde onu mehv edecek derman hazırlanmasının yolunu açıb. Qeyd edek ki, hazırda HİV virusuna qarşı 20-ye qeder derman işledilir. Ancaq bunlar ciddi effekt vermir ve hem de insan onların çoxunu bir defeye içmelidir. Bunun ise kenar fesadları olur.


Tarix: 19.11.2013 / 02:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Cinsel Xestelikler