beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Çılpaqlıq görmək

Yuxuda özünü çılpaq görmək qalmaqal və ümumiyyətlə, pis işlərə işarədir. Başqalarını çılpaq görmək o deməkdir ki, düşmənləriniz sizi doğru yoldan çəkindirməyə çalışırlar. Xəstəlik uğurunuza mane ola bilər. Yuxuda qəflətən özünüzü çılpaq görmüsünüzsə və onu örtməyə çalışırsınızsa, bu o deməkdir ki, alicənab hissləriniz haram buyrulmuş istəklərinizlə ziddiyyət təşkil edir. Qadın yuxuda çılpaq bədənindən zövq alırsa, bu onun kişilərin hörmətini qazanacağına, lakin əldə saxlaya bilməyəcəyinə işarədir. Yuxuda qadın kişilərin təmiz suda çılpaq çimdiyini görübsə, bu, onun çoxlu pərəstişkarının olacağıan işarədir. Su çirklidirsə, qısqanc pərəstişkar onun haqqında xoşagəlməz şayiələrə səbəb olacaq.

Özünü çılpaq görmək – şikəstliyə işarədir; başqalarını çılpaq görmək – həyəcansız yaşayacaqsınız; çılpaq gəzmək – hiyləgər qohumlarınızın olduğuna işarədir.

Yuxuda çılpaq olmaq – mühüm hadisədir.Tez-tez insanlar yuxuda çılpaq olduqlarını və ya yalnız alt paltarında olduqlarından danışırlar. Belə yuxular özümüzə kənardan özünəəminlik təəssüratı bağışlayan, əslində isə zəifliyimizi göstərən bir amildir.Bu, bizim ətrafdakılardan gizlətdiyimiz zəiflikdir. Yuxuda özünüzü çılpaq və ya alt paltarında görmək o deməkdir ki, siz özünüzə tamamilə çılpaq olduğunuz barədə hesabat verirsiniz, başqaları isə buna tamamilə sakit yanaşırlar. Siz öz çılpaqlığınıza reaksiya verməyə başlayanda ətrafdakılar da onu hiss edirlər. Şübhəsiz ki, belə yuxu eksqibisionist və seksual çalarlara və arzular, xəyalların icrasına işarə ola bilər. Ətrafdakılara qarşı özünüzü səmimi hesab edirsinizmi və ya həyatınızın müəyyən tərəflərini gizlətmək üçün tədbirlər görürsünüzmü? Öz bədəninizlə bağlı nə hiss edirsiniz?


Tarix: 17.11.2013 / 22:09 Müəllif: Ebulfez Baxılıb: 299 Bölmə: Ç hərfi