beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəyimə gərəkdir səni düşünmək
Nəyimə gərəkdir səni düşünmək

Nəyimə gərəkdi səni düşünmək
bu şəhərdə
yüngül xasiyyətli
gəzəyən
bir az ağıllı kişi görən kimi
əriyən,
hətta “sevirəm” deyən,
şeiri axmaqlıq
roku azadlıq
sayan qızlar varkən.

nəyimə gərəksən axı,
ehtirasımı söndürəcək,
qadınlar
ərinə xəyanət edən
“xanımlar” varkən bu şəhərdə.

Yarı çılpaq, yarı lüt
açıq-saçıq geyinmiş
qadınlar varkən bu şəhərdə
səni düşünməyə dəyməz
bir də.

Nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.

səni hər doğan günəşdə
hər batan ayda
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim
unutdum
bir azda.

Nəyimə lazımdı səni sevmək?
Bu şəhərdə ən azad sevgilər
ən real görüşlər
ən ucuz fahişələr varkən
yatmağa.
Nəyimə lazımdı səni düşünmək
səni yazmaq
səni bitirmək
səndə bitmək
nəyimə lazımdı?
nəyimə lazımsan sən?


Tarix: 03.06.2015 / 13:19 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Cəlil Cavanşir