beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

13-cü Bürcün Sirri..

13-cü bürcün sirri: "İlantutan" nə vəd edir?

Yer kürəsindən göy üzünü müşahidə edərkən 88 bürcü görmək olar.

İl ərzində uzaq ulduzların fonunda Günəşin görünən yolu - ekliptika üzrə hərəkət 12 bürcu əhatə edir. 76 bürc, sadəcə bu trayektoriyadan çox uzaqda olduğu üçün "istifadəsiz qalır".
Əslində, ulduz topalarını xəyali xətlə birləşdirərək onlara müxtəlif adlar veriblər. Həmin bürclərdən hər birindəki ulduzlar arasında isə məsafə ağlasığmaz dərəcədə böyükdür.

13-cü bürc barədə yazılan xəbərlərdə oxuyuruq: "ABŞ-dan olan astronomiya üzrə professor Park Kankl yüzilliklər ərzində Yer oxunun tədricən yerini dəyişdiyini iddia edir. Onun sözlərinə görə, ən azı 2000 il öncə əldə edilən məlumatlara əsaslanan bürc sistemi artıq köhnəlib. O, Yer oxunun dəyişməsinə əsaslanan yeni bürc xəritəsi hazırlayıb”. Məlumat əsasən düzdür, ancaq yeni ulduz xəritəsi hazırlamağa ehtiyac yoxdur. Sadəcə, söz ekliptikanın sərhəddini dəqiqləşdirməkdən gedə bilər.

Xəbərdə daha sonra qeyd olunur: "Professor yeni 13-cü bürcün İlan olduğunu qeyd edir. Əvvəllər bu bürcün sadəcə 5 gün 16-21 noyabrda olduğu güman edilirdi. Lakin Kankl "İlan"a bir ay vaxt verib.

Keçən əsrin 70-ci illərindən rusdilli kütləvi elmi ədəbiyyatda bu barədə məlumata rast qəlmək olurdu. Fərq, həmin müddətin 30 noyabrdan 17 dekabradək olan 18 gün hesabındadır. Bürcün adı da düzgün verilməyib: ”İlan” əvəzinə,”İlantutan” olmalıdır. İlan bürcü ekliptikadan daha çox uzaqda yerləşir.
Və ən nəhayət, xəbərdə deyilir ki, Amerika Astroloqlar Federasiyasının mətbuat katibi Şelli Akermanın sözlərinə görə, professorun bu kəşfinə sakit reaksiya göstərmək lazımdır.

Astroloqların çoxu Kanklın açılışının yeni olmadığını düşünür. Belə ki, əsrlər öncə yaşamış astroloqlar Yer oxunun sürüşməsini öz hesablamalarında nəzərə alıb. Astroloq Süzan Miller bildirib: "Gələcəyə bürclər yox, planetlər işarə edirlər. Bürclər sadəcə, ölçü cihazlarıdır".

Park Kanklın yeni bürc sistemi kimi təqdimatı belədir:

Oğlaq 20.01 – 16.02
Dolça 16.02 – 11.03
Balıqlar 11.03 – 18.04
Qoç 18.04 – 13.05
Buğa 13.05 – 21.06
Əkizlər 21.06 – 20.07
Xərçəng 20.07 – 10.08
Şir 10.08 – 16.09
Qız 16.09 – 30.10
Tərəzi 30.10 – 23.11
Əqrəb 23.11 – 29.11
İlan 29.11 – 17.12
Oxatan 17.12 – 20.01

Əslində isə,cədvəl belə olmalıdır:


1.Qoç 19.04-13-05
2.Buğa 14.05-20.06
3.Ekizlər 21.06-20.07
4.Xərçəng 21.07-10.08
5.Şir 8.08-16.09
6.Qız 17.09-30.10
7.Tərəzi 31.10-22.11
8.Əqrəb 23.11-29.11
9.İlantutan 30.11-16.12
10.Oxatan 17.12-19.01
11.Oğlaq 20.01-15.02
12.Dolça 16.02-11.03
13.Balıqlar 12.03-18.04

Bir qədər “İlantutan” bürcü haqqında məlumat vermək istəyirəm.
Ərəbdilli ədəbiyyatda ona “Şücaə” deyirlər. Həmin bürcün yunanca adı “Ophiuchus”dur. Ptolomey bu bürcün ulduzlarını Saturn və Venera təsirli olduğunu yazırdı. Həmin ulduzlardan parlaq olanların adları belədir:

1. Kəlb ər-ran (ərəbcə,çoban iti) - beta ulduzudur, Oxatana nəzərən 26 dərəcə 2 dəqiqə vəziyyətindədir.

2. Əl- yəd Posterior ("yəd" ərəbcə ”əl”, posterior - latınca "arxa") - epsilon ulduzudur, Oxatana nəzərən 4 dərəcə 12 dəqiqə vəziyyətindədir.

3. Əl-yəd Prior (prior - latınca "irəli") - delta ulduzudur, Oxatana nəzərən 3 dərəcə vəziyyətindədir.

4. Əs-sabik (ərəbcə "irəlıgedən") - Oxatana nəzərən 18 dərəcə 40 dəqiqə vəziyyətindədir.

5. Sinistra ("Sinister"- latınca "sol") - Oxatana nəzərən 0 dərəcə 27 dəqiqə vəziyyətindədir.

6. Xan (əsl türk sözüdür) - delta ulduzu, Oxatana nəzərən 9 dərəcə 56 dəqiqə vəziyyətindədir.

7. Rəs əl-havva ( ərəbcə "İlantutanın başı") - alfa ulduzu, Oxatana nəzərən 23 dərəcə 9 dəqiqə vəziyyətindədir.

Təncim elmində bu ulduzlardan ancaq Rəs əl-havva istifadə olunur. Həmin ulduz əxlaqsızlığın, pozulmuş zövqün, qadın sayəsində bədbəxt olmağın himayəçisi sayılır.

Son 40 ildə dünya miqyasında olan dəyişiklikəri anlamaq üçün təncim elmindən də xəbərdar olmaq lazımdır.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Burcler haqqinda çox şey