beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni Ildə Necə Dilək Tutmaq Lazımdır?

1. Dilək tutursan, 12 əd üzüm yeyirsən. 5 dəqiqə ərzində saat 12 yə qədər hamısını yeyib qurtarsan, diləyin yerinə yetər.

2. Arzu etdiyiniz bir şeyi, balaca bir kağıza yaz. Yeni ilin girməsinə 1 dəqiqə qalmış, kağızı yandırın, külünü isə şampan bakalına qatıb için.

3. Saat 12 ni vurduqda, ürəyində arzu tutaraq oppan. Unutma, oppanan dəqiqə tut arzunu.

4. Daha bir üsulda, belədir. Yenə bir kağıza hansısa atrzunuzu yazın. Amma kağız çoox xırda olmalıdır. Sonra onu bükürsüz, lap balaca olmaq şərtiylə. 12 olduqda, bakkallar bir-birinə dəydikdə, siz o kağızı öz bakalınıza atın, sonra için. Amma, o kağızda içdiyinizlə birgə udun.

5.ÖZünüzə bir məktub yazın. O məktubda, ürəyinizdən keçən arzuları, istədkləri, yeni ilə olan planlarınızı yazın. Sonra, məktubu qırmızı bir konvertə qoyun. Gələn ilə qədər konverti açmayın.

6.Evinizi bəzəyin. Əsasəndə qapıdan içəri gələn yolu ki, yeni ildə həyat yolunuz bərli-bəzəkli olsun.

7.Əgər yeni ilin sizə pul gətirməsini istəyirsizsə, yolkanızı pul formasında olan oyuncaqlarla, ilinizi şirin keçirmək istəyirsizsə şokolad, konfet oyuncaqlarla, yeni sevgi tapmaq istəyirsizsə ürək, cütlük kimi oyuncaqlarla bəzəyin.

8. Və...sonuncu. Muncuq. Deməli, elinizə 4-5 əd qırmızı, ağ və yaşıl muncuq yığın. Vaxt çatdıqda, muncuqları başınızın üzərindən arxaya tərəf atın. Əgər, sizə tərəf daha çox qırmızı muncuq düşsə, iliniz bolluq, para içində geçər. Əgər ağ muncuqlar olsa, toyunuz olar, yaşıl olması isə yaxşı deyil.

Gözəl illər diləyi ilə..


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Burcler haqqinda çox şey