beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruzum – Brilliant Dadaşova

Əssin, əssin sərin külək,
Arzularıla dolsun ürək.
Axşamüstü gizlənərək
Qapı pusub, tutaq dilək.

Qaranquşum, get yazgilə.
Yaz yağmuru, çilə-çilə.
Qonaq gəlib bizim elə,
Novruz bayramı!
Qaranquşum, get yazgilə.
Yaz yağmuru, çilə-çilə.
Xoş gəlmisən bizim elə,
Novruz bayramı!

Yaşıllaşsın hər bir burdaq,
Qapı döyüb papaq ataq,
Çərşənbələr axşamında
Şam yandırıb, xonça tutaq.

Qaranquşum, get yazgilə.
Yaz yağmuru, çilə-çilə.
Qonaq gəlib bizim elə,
Novruz bayramı!
Qaranquşum, get yazgilə.
Yaz yağmuru, çilə-çilə.
Xoş gəlmisən bizim elə,
Novruz bayramı!


Tarix: 22.01.2015 / 17:57 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Brilliant Dadaşova