beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədilə Hüseynzadə

Ədilə Hüseynzadə (28 aprel, 1916 - 2005) - bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982). Ə.Hüseynzadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadındır.

Yaradıcılığı

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmişdir. O, Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Ə. Hüseynzadə bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir.

Ə.Hüseynzadə Ü.Hacıbəyovun "Arşin mal alan" operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asya rolunu səsləndirmişdir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün oldüğü kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra iri həcmli əsərlər də yaratmışdır.

Ə.Hüseynzadə yaradıcılığından uzaqlaşmadan uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində qabiliyyətli uşaqlara kompozisiyanın əsaslarını tədris etmişdir.

Ədilə Hüseynzadə gözəl səsə malik bir vokal ustası kimi də sənət tariximizdə iz qoymuşdur: ümumdünya şöhrətli "Arşın mal alan" kinofilmində Asyanın vokal partiyasını məhz Ədilə xanım oxumuşdur.

Ədilə xanım uzun illər (1953-1988) Bülbül adına orta ixtisas musiqi məktəbində "bəstəkarlıq" fənnindən dərs demiş, gənc istedadların aşkarlanması işində əlindən gələni əsirgəməmişdir. Hazırda Azərbaycan musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edən SSRI xalq artisti Müslüm Maqomayev, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə, Sevda İbrahimova, Elnarə Dadaşova məhz Ədilə xanımın rəhbərliyi altında sənətdə ilk kövrək addımlarını atmışdır.

Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü idi və onun xalq artisti tədbirlərində fəal iştirak edirdi.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dahi Üzeyir Hacıbəyovun son və sevimli tələbələrindən biri, qocaman bəstəkar, Ədilə xanıın Hüseynzadə ömrünün 90-cı ilində vəfat etmişdir.


Tarix: 29.01.2013 / 14:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 566 Bölmə: Bəstəkarlar Və Müğənnilər