beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramal İsrafilov

Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar.

Həyatı

İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib.[Mənbə göstərin] 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.

1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansamblnan çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.

2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birğə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərdi. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.


Tarix: 27.01.2013 / 15:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Bəstəkarlar Və Müğənnilər