beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyv Brubek

eyv Brubek — Amerikalı caz bəstəkarı və pianoçu

Həyatı

Deyv Brubek 6 dekabr 1920-ci ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub[1].

Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. Dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”.

Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir.

o, 6 dekabr 2012-ci ildə ABŞ-ın Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.


Tarix: 24.01.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Bəstəkarlar Və Müğənnilər