beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Monument (London)

Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır.
Haqqında
Abidə 1671-ci ildə İngiltərə kralı Çarlzın istəyi ilə Kristofen Vren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur.

Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir. 1788-1842-ci illərdə 6 nəfər özünü bu abidənin eyvanından atdığından XIX əsrin ortalarında bura qəfəs yerləşdirilmişdir.


Tarix: 09.03.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 277 Bölmə: Böyük Britaniya tarixi