beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəlkə bir az gülək?

Hitler bir falçının yanına gedib nə vaxt öləcəyini soruşur.
Falçı onun yəhudilərin bayram etdikləri gün öləcəyini söyləyir.
Hitler:
-Nəyə görə bunu belə arxayın söyləyirsiniz ?
Falçı:
-Hansı gün ölürsünüz ölün, o gün yəhudilər bayram edəcəklər=)))

*****

Bir qoca qadın avtobusa minir. Görür ki, bütün yerlər tutulub.
Heç kim də öz yerini ona təklif etmir.
-Yəni bu ölkədə görəsən bir centlimen qalmayıb ? – deyə o dərindən nəfəs alır.
Bir nəfər:- Centlmen istədiyin qədər var, nənəcan amma yer yoxdur=))

*****

Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-Sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur: Necə? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: “Cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “.
Polis çaşqınlıqla soruşur: necə? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir: “ Mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik ?=)))

*****

İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
Biri o birindən soruşur: necə yazdın?
Cavab verir: boş vərəq verdim. Bəs sən?
Mən də heç nə yazmadım boş vərəq verdim.
O biri deyir: onda elə biliceylər köçürmüşük =)))

*****

Dəlinin biri o birisinə deyirki get hasara bax gör hündürdüsə yer qazaq altindan kecək balacadisa üstündən tullanaq..O biri gedib baxib qayidir o birinə deyirki:
-Qaça bilmiyeciyik !!!
O biri dəli soruşurki: -niyə ?
Cavab verirki: -Hasar yoxdu=)))

*****

İki ovçu söhbət edir. Biri o birisinə sənə bir maraqlı ov hekayəmi danışım deyir:
-Mən bir güllə ilə tülkünü həm qulağından həm də ayağından vurmuşam
O biri dərhal cavab verir:
-Belə də yalan olar, bir güllə ilə həm qulaqdan həm də ayaqdan vurmaq olar?
-Niyə olmur, mən atəş açanda tülkü qulağını qaşıyırdı

*****

Babası nəvəsini gəzməyə çıxarır. Bu vaxt yolda maşın keçir. Babası:
-Bax balam, “düüt düüt” keçir
Nəvəsi çox rahat bir şəkildə:
-Baba bu “düüt düüt” deyil e, 8 silindirli 98 model mercedesdir
(Zəmanə uşağıdıdaaaaa neyniyək??? )

*****

Ata məktəbdən gələn oğlundan soruşur:
-Dərslər necə gedir?
-Yaxşıdı ata, bugün 5 almışam
-De görüm necə aldın?
-Riyaziyyat 1, İngilis dili 1, Musiqi 1, Tarix 1, Fizika 1. Bir yerdə 5 olur ata
.....- Yaxşı ata vurma

*****

Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

*****

Bir boksçu ringə çıxmazdan əvvəl əynindəki bahalı kurtkasını çıxarıb geyinmə otağında asır və üstünə də “Oğurlasan səni tutacam!..İmza:Boks üzrə dünya çempionu! yazır..Yarış bitir qayıdanda kurtkasını tapmır amma onun yerində bir kağızda yazı tapır, üstündə də “Çata bilsən tutarsan!..İmza:Qaçış üzrə dünya çempionu” yazılır

*****

Oğlan yataqda uzanan atasından soruşur:
- Ata yatmısan?
Atası:
- Nədir ki?
Oğlan:
- Mənə 50 dollar pul lazımdır.
Atası:
-Bala yatmışam.Məni dəng eləmə

*****

Nənə:
-Bala başoo dönüm, bu adamlar şunurla işdiyir?
-Yox ay nənə, onu hardan çıxardın?
-Nə bilim ay bala hansına baxırsan qulağından şunur çıxır...

*****

Üzünüzü az da olsa, güldürə bildimsə, şad olaram...


Tarix: 25.03.2013 / 00:03 Müəllif: [Ram] Baxılıb: 777 Bölmə: Azeri Letifeler