beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelin Biraz Gulek:)))

Ata oğlanlarını yanına
çağırıb deyir:
- Tez həkim çağırın, elə
xəstələnmişəm, qolumu
qaldıra bilmirəm!
Qardaşlar pıçıldaşdılar:
- Əsil vaxtdır, pəncərəni
sındırdığımızı deyək!
— Deyək!
♠ ♠ ♠
- Neçə dəfə sənə
demişəm, sağ əlində
bıçağı, sol əlində
çəngəli tut!
Uşaq narazı-narazı
deyir:
- Bəs əti hansı əlimdə
tutum?
♠ ♠ ♠
Ata qol saatına baxıb
deyir:
- Saatım dayanıb, gərək
ustaya aparım
təmizləsin!
Balaca qız öz otağından
söhbətə qarışır:
- Yox ata, o təmizdir,
onu səhər şampunla
yumuşam!
♠ ♠ ♠
- Mamed, get yat!
- Yuxum gəlmir.
- Yaxşı, uzan, gözlərini
yum!
- Axı onda yatıram.
♠ ♠ ♠
4 yaşlı Seymur pul ilə
oynayır.
Babası Seymura baxıb
deyir:
- Belə getsə sən bankda
işləyəcəksən, pulla
oynamağı xoşlayırsan!
- Yox baba! Axı
bankaya yerləşmərəm!
♠ ♠ ♠
- Bu tarakanlar lap bizi
bezdiriblər. Haranı
açırsan içindən tarakan
çıxır.
- Sən tarakanlar üçün
olan təbaşirdən al.
- Köməyi olar?
- Əlbəttə, bax mən
almışam, mənim
tarakanlarım oturublar
bir küncdə, sakitcə
rəsm çəkirlər.
♠ ♠ ♠
- Dəvəquşular
yumurtlayır, atdan bərk
qaçırlar, təhlükə
zamanı başlarını
torpağa soxurlar.
Əlişov, sən orda
neyləyirsən?
- Sizə diqqətlə qulaq
asıram, müəllimə!
- Elə isə təkrar elə
dediyimi!
- Dəvəquşulardan
danışırdız, deyirdiz
dəvəquşular
yumurtalarını torpaqda
basdırırlar. Atlar
onların yumurtalarını
tapdalayanda təhlükə
baş verir, onlar
torpağın altına girirlər.
♠ ♠ ♠
İki gizirin başının
üstündə vertolyot
dayanıb. Biri:
- O, niyə dayanıb?
- Yəqin, benzini
qurtarıb!
♠ ♠ ♠
- Arzu, diskotekaya bir
daha getmə, tamamilə
kar olarsan !
- Sağol anacan, mən
artıq yeməyimi
yemişəm.
♠ ♠ ♠
Ana qızından soruşur: -
Niyə hər gün evə gec
gəlirsən?
Qızı: - Liftə görə.
Ana: - Lift işləmir ki?
Qız: - İşləyir, amma
orda yazılıb ki, ancaq
dörd nəfər üçün buna
görədə hər dəfə üç
nəfəri gözdəməli
oluram.
♠ ♠ ♠
- Ay qaynana, saat 2-di,
amma Mamed eve
gəlməyib. Bəlkə başqa
arvadı var, onun yanına
gedib.
- Ay gəlin, niyə ağlına
pis-pis fikirlər
gətirisən? Bəlkə
bıçaqlayıblar, bəlkə
maşın vurub?
♠ ♠ ♠
Bir gün oğlan öz
istədiyi qızla gəzməyə
çıxır. Birdən hava
soyuyur. Qız deyir hava
necə soyuqdu, oğlan da
deyir ki, yaxşı ki,
pencək geyinmişəm.
♠ ♠ ♠
Sən haçan 2-ni
düzəldəcəksən? - Ata,
mən neyləyim, jurnal
müəllimlər otağındadır.


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 162 Bölmə: Azeri Letifeler