beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:

Bir gün birisi gəlib Mollanın qapısını döyür ki:
– Ay Molla, eşşəyini bir günlüyə ver mənə, meşəyə oduna getmək
istəyirəm.
Molla deyir:
– Ay filankəs, vallah verərdim, amma mənim eşşəyimin rəngi qaradı.
Kişi deyir:
– Nə olsun rəngi qaradı?
Molla deyir:
– O olsun ki, verə bilmərəm də...
Kişi deyir:
– Vermirsən, vermə! Amma qaralıgın buna heç dəxli yoxdur.
Molla deyir:
– Niyə yoxdur? Bəhanə üçün elə rəngin də dəxli var.


Tarix: 02.06.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Azeri Letifeler