beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏMMƏD ARAZ - ÖLÜM YAXŞILIĞİ

Yamanlıqdan yaxşılığa dönübdə
Bəzən asan körpü olur ölüm də.

Ölüm adlı bir “bələdçi” apardı onu,
Fərqi yoxdu: hava günlü buludlu...
Ömür boyu yaxşılıqdan yoxsulluğunu,
Unudulmaz pisliyini hamı unutdu.

Son məzilin son çağrışı yudu günahı,
Bu məqamda nə sual ver, nə cavab istə...
Quru səhra sahibkarı, gül-çiçək şahı
Gedən yolla o da getdi çiyinlər üstə.

(Qəmli, dalğın baxan vardı cənazəsinə,
Pis köçürsə, gərək ona bir əvəz ola.
Bəd əməllər gərək olsa yer kürəsinə,
Yaxşıların yaxşılığı görünməz olar.)

Bu dəmlərdə bir möcüzə istəyir adam:
Məzarının qapısında mərhum oyana,
Görə: ölüm sağlığını çıxarıb yaddan
Pak əllərdə gedir indi torpaq qoynuna.

Son divandan qaça bilmir pislikli pislər
Toz kimi də yapışsalar daşa divara;
Yer altında itib batır qurama izlər,
Meydan qalır yaxşılara, yaxşılıqlara:

Meydan qalır... meydan acı şeytan da qalır
Qara yeli yedəklənib çapmağa hazır.
Meydan yoxsa, başı açıq, ayağı yalın__
Yer sürüyür, cilov tutur, üzəngi basır.

Bu dünyada yamanları dəfn etmək asan,
Yamanlığı dəfn eləmək çətindir çətin.
Dar da qazsan, gen də qazsan, dərin də qazsan
Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.

Pislik şeytan əməlidir__deyərdi babam__
Yüz pisliyin darğasıdır bir namərd səsi.
Pis__gövdədir; əzəl axır çıxacaq zaman,
Pislik - zoğdur; o gizlənib, o, göyərməsin.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Azerbaycan Edebiyyatindan