beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözləyirəm – Azərin

Ürəyimə döz deyirəm
Təkcə səni gözləyirəm
Vallah
Gəl ömrümün sahilinə
Gözləyirəm səni yenə gözləyirəm

Gör nə qədər keçib zaman
sənlə dostluq uşaqlıqdan
Vallah
Çox həsrətəm mən sevginə
Gözləyirəm,səni yenə gözləyirəm

Mən sənsiz olandan
Pərişan gəzirəm
Sən gələn yolları
Sevgi ilə bəzərəm

Sönəcək,bir an sönəcək
Həsrətin günəşi tez sönəcək
Dönəcək,bir an dönəcək
İlk sevgim geriyə dönəcək

Məhəbbətim səndə qalıb,
Bəxtim duman-çəndə qalıb
Vallah
Yoxdur mənə səndən əziz
Dözə bilmir qəlbim sənsiz
Gözləyirəm

İlk məhəbbət büllur işıq
Bir-birimiz üçün yaranmışıq
Vallah
Heç görüşə bilmirik biz
Dözə bilmir qəlbim sənsiz
Gözləyirəm

Mən sənsiz olandan
Pərişan gəzirəm
Yolara baxıram
Həsrətə dözürəm

Sönəcək,bir an sönəcək
Həsrətin günəşi tez sönəcək
Dönəcək,bir an dönəcək
İlk sevgim geriyə dönəcək


Tarix: 22.01.2015 / 17:55 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Azərin