beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan XX əsrdə

1900 – Bakı-Petrovsk (Mahaçqala) dəmir yolu xəttinin istifadəyə verilməsi; əlvan metallurgiya sənayesinin inhisarlaşmasının əsasını qoyan müqavilənin bağlanması.
1 may 1900 – "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun"un verilməsi.
18 mart 1901 – Nazirlər Komitəsinin Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfərədək kəndli köçürmək haqqında qərar verməsi.
1901 – H.Z.Tağıyevin Bakıda qızlar məktəbi açdırması.
1902 – Bakıda ilk açıq siyasi nümayişin keçirilməsi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında "Müsəlman gənclik təşkilatı"nın yaradılması.
21 aprel 1903 – "Cənubi Qafqazın beş qubernuyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında" əsasnamə verilməsi.
1-22 iyul 1903 – Bakıda ilk ümumi siyasi tətilin keçirilməsi.
1904 – Rəşid bəy İsmayılovun "Muxtəsər Qafqaz tarixi" əsərini yazması.
1904-cü ilin payızı – Müsəlman sosial-demokrat "Hümmət" təşkilatının yaradılması.
30 dekabr 1904 – Bakı fəhlələrinin ümumi tətilinin qələbə ilə başa çatması. Neft sənayeçiləri ilə fəhlələr arasında "müştərək müqavilə"nin imzalanması.
1904 – "Müsəlman artistləri cəmiyyəti"nin təşkil edilməsi.
6-9 Fevral 1905 – Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlı soyqırımı törətmələri.
26 fevral 1905 – Qafqaz canişinliyinin bərpa edilməsi.
1905-ci ilin yaz və yayı – Azərbaycan milli burjuaziyanın Nazirlər Komitəsinə "Ərz-hallar" adlandırılan sənəd təqdim etməsi.
24 may 1905 – Ermənilərin İrəvanda azərbaycanlı soyqırımı törətmək cəhdlərinin iflasa uğraması.
İyun 1905 – Erməni daşnaklarının Qaçar kəndi uğrunda döyüşlərdə darmadağın edilməsi.
İyun 1905 – "Həyat" qəzetinin nəşrə başlaması.
16-21 avqust – Şuşa döyüşləri. Erməni quldurlarının ağır məğlubiyyətə düçar olması.
15 avqust 1905 – Ümumrusiya müsəlmanlarının I qurultayının keçirilməsi.
25 noyabr 1905 – Bakı fəhlə Deputatları Sovetinin yaradılması.
1905-ci ilin payızı – "Müsəlman cəmiyyəti xeyriyyəsi" və "Müdafiə və müsəlman kübarları və ziyalılarının ittifaqı cəmiyyəti" təşkilatının yaradılması.
12 dekabr 1905 -1905-1911-ci illər İran inqilabının başlanması.
1905 – "Qeyrət" mətbəəsinin yaradılması.
1905-1913 – Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin "Zübdətüt-tarix" əsərini nəşr etməsi.
1905-ci ilin yazı və payızı – Ə.B.Ağayev "Difai" ("Müdafiə") təşkilatının yaranması.
15-23 yanvar 1906 – Ümumrusiya müsəlmanlarının II qurultayının keçirilməsi.
aprel 1906 – "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması.
31 may 1906 – Azərbaycanda I Dumaya seçkilərin keçirilməsi.
5 avqust 1906 – Müzəfərəddin şahin konstitusiya haqqında fərman verməsi.
16-23 avqust 1906 – Ümumrusiya müsəlmanlarının III qurultayının keçirilməsi.
Avqust 1906 – Azərbaycan müəllimlərinin I qurultayının keçirilməsi.
1906 – "Nəşr maarif" və "Nicat" cəmiyyətlərinin yaradılması.
30 dekabr 1906 – Müzəfərəddin şahın Konstitusiyanın qüvvəyə minməsi haqqında fərman verməsi. 1906-cı ilin sonu – Azərbaycanda II Dumaya seçkilərin keçirilməsi.
1906 – Qalakənd mis zavodunun istehsalı dayandırması.
May 1907 – Gəncədə İ.Ziyadxanov "Müdafiə" təşkilatını yaratması.
1907-ci ilin əvvəli-iyun 1907 – Azərbaycanda III Dumaya seçkilərin keçirilməsi.
12 yanvar 1908 – İlk Azərbaycan operası olan "Leyli və Məcnun"un tamaşaya qoyulması. Yanvar 1908 – Təbrizdə fədai mərkəzlərinin yaradılması.
23 iyun 1908 – Tehranda əksinqilabi çevrilişin baş verməsi. Konstitusiya tərəfdarlarına və demokratik qüvvələrə divan tutulması.
18 iyul 1908 – Səttarxanın fədailəri tərəfindən Təbrizin ağ bayraqlardan təmizlənməsi.
19 mart 1910 – Səttarxan və Bağırxanın Tehrana yola salınması.
1910 – Qafur Rəşad Mirzəzadənin "Qafqaz coğrafiyası haqqında" əsərinin çap olunması.
Oktyabr 1911 – "Müsavat" partiyasının əsasının qoyulması.
Dekabr 1911 – Təbrizin rus qoşunları tərəfindən tutulması. İnqilabın məğlubiyyəti.
1912 – Rusiyanın və xarici ölkələrin 7 nəhəng bankı tərəfindən "Oyl" inhisar birliyinin təşkil edilməsi; Bakı və Tiflis şəhərləri arasında birbaşa teleqraf xəttinin çəkilməsi; Təbrizdə alman iş adamlarına məxsus
May və sentyabr 1912 – Nuxa ipək sənayesi fəhlələrinin qələbə ilə nəticələnmiş tətillərinin başlanması.
Sentyabr-oktyabr 1912 – Azərbaycanda IV Dövlət Dumasına seçkilərin keçirilməsi. Bütün Cənubi Qafqaz müsəlmanlarından yeganə deputat kimi hüquqşünas Məmmədyusif Cəfərovun deputat seçilməsi.
20 dekabr 1912 – "Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi surətdə satılması haqqında qanun"un verilməsi.
1913-cü ilin əvvəlləri – Azərbaycanın qərbində "Tovuz" portland sementi və digər tikinti materialları istehsalı səhmdar cəmiyyətinin təsis edilməsi.
7 iyul 1913 – Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərin ləğv edilməsi haqqında qanunun qəbul olunması.
4 dekabr 1914 – Sarıqamış əməliyyatı. Türk ordusunun məğlubiyyətə düçar olması.
15 yanvar 1915 – Rus qoşunlarının türk hərbi dəstələrini məğlubiyyətə uğratması.
17-20 yanvar 1915 – Rus qoşunlarının Təbrizi işğal etməsi.
oktyabr 1915 – Gön-dəri sənayesini xammalla təmin etmək üçün xüsusi komitənin təşkil edilməsi.
1913 – Toxuculuq fabriklərinin istehsalını tənzim etmək və onları xammalla təchiz etmək üçün dövlət komitəsinin yaradılması.
1915 – "Açıq söz" qəzetinin nəşrə başlaması.
Sentyabr 1916 – İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun Vilnüs üzərində uğurlu döyüş əməliyyatı keçirməsi.
1916 – Azərbaycanın tütün emalı fabriklərinin cəbhə üçün işləyən strateji müəssisələr sırasına daxil edilməsi.
1916 – İlk Azərbaycan filmi olan "Neft və milyonlar səltənətində" filminin ekranlaşdırılması; Təbrizdə ilk teatr binasının tikilməsi.
6 mart 1917 – Bakı Sovetinə seçkilərin keçirilməsi.
17 mart 1917 – Müvəqqəti hökümətin Bakıda yerli hakimiyyət orqanı olan "İctimai Təşkilatların İcraiyyə Komitəsi"-nin yaradılması.
27 mart 1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin seçilməsi.
Mart 1917 – Bakıda sosial-demokrat "Ədalət" təşkilatının yaradılması.
15-20 aprel 1917 – Bakıda Qafqaz müsəlmanları qurultayının keçirilməsi.
May 1917 – Moskvada Ümumrusiya müsəlmanlar qurultayının keçirilməsi.
1917-ci il iyunun – "Müsavat" partiyası ilə "Türk Ədəmi Mərkəziyyət" ikinci yarısı partiyasının birləşməsi.
Avqust 1917 – "Birlik" təşkilatının yaradılması.
Sentyabr 1917 – "Rusiyada müsəlmançılıq partiyası" və Gəncədə "İttihadi-İslam" partiyasının yaradılması.
26 oktyabr 1917 – "Müsavat" partiyasının I qurultayının keçirilməsi
1917-ci ilin sonları-1918-ci ilin əvvəlləri – Cənubi Azərbaycanın Xoy, Salmas, Soucbulaq və başqa bölgələrində azərbaycanlılara qarşı erməni-aysor və kürd quldur dəstələrinin soyqırım törətmələri.
10 (23) fevral 1918 – Cənubi Qafqaz Seyminin yaradılması
30 mart-1 aprel 1918 -"Mart soyqırımı". Erməni-bolşevik qüvvələrinin Bakıda və ətraf ərazilərdə müsəlman soyqırımı törətmələri.
22 aprel 1918 – Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradılması.
25 aprel 1918 – Bakı XKS-nın yaradılması. Sədri daşnak-bolşevik Stepan Şaumyan seçildi.
26 may 1918 – Cənubi Qafqaz Seyminin son iclası. Gürcüstanın öz müstəqilliyini elan etməsi.
28 may 1918 – Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi.
28 may 1918 – F.X.Xoyski başda olmaqla I hökümət kabinetinin təşkili və fəaliyyət göstərməsi.
30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi.
4 iyun 1918 – Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "Sülh və dostluq" müqaviləsinin imzalanması.
10 iyun 1918 – Bakı Sovetinin qoşunlarının Gəncə üzərinə yürüşü.
16 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin Tiflisdən Gəncəyə köçməsi.
26 iyun 1918 – Azərbaycan Milli ordusunun yaradılması.
27 iyun 1918 -Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi.
31 iyun 1918 – Bakı XKS-nın istefa verməsi.
1 avqust 1918 – "Sentrokasp" diktaturasının hakimiyyəti ələ alması
23 avqust 1918 – Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edilməsi.
28 avqust 1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etməsi.
15 sentyabr 1918 – Azərbaycan-Türk ordularının Bakını azad etməsi. "Sentrokaspi" diktaturasının devrilməsi.
17 sentyabr 1918 – Azərbaycan hökumətinin Bakıya köçməsi.
9 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi.
10 noyabr 1918 – Türk ordusunun Bakını tərk etməsi.
17 noyabr 1918 – General Tomsonun komandanlığı altında ingilis ordusunun Bakıya gəlməsi.
7 dekabr 1918 – Azərbaycan parlamentinin fəaliyyətə başlaması.
15 yanvar 1919 – Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi.
28 may 1919 – Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında ABŞ prezidenti Vilsonla görüşməsi.
1 sentyabr 1919 – Azərbaycan parlamentinin Bakı Unversitetinin açılması haqqında qanun qəbul etməsi.
15 noyabr 1919 – Bakı Dövlət Unversitetinin fəaliyyətə başlaması.
24 oktyabr 1919 – Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması.
7 dekabr 1919 – "İstiqlal" muzeyinin yaradılması.
24 dekabr 1919 – Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə beşinci hökumət kabinetinin yaradılması. 2 yanvar 1920 – RSFSR xarici işlər komissarı Çiçerinin Azərbaycan xarici işlər naziri F. Xoyskiyə birinci notasının göndərilməsi.
11 yanvar 1920 – Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyini defakto tanınması.
15 yanvar 1920 – Azərbaycan nümayəndələrinə Azərbaycanın müstəqilliyinin defakto tanınması barədə Paris sülh konfransının rəsmi qərarının təqdim olunması.
23 yanvar 1920 – Çiçerinin Azərbaycana təcavüzkar ruhlu ikinci nota göndərməsi.
11-12 fevral 1920 – Azərbaycan K(b) P-nın yaradılması.
17 mart 1920 – Xoyskinin Çiçerinə növbəti nota göndərib cavab almaması.
17 mart 1920 – V.İ.Leninin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi.
30 mart 1920 – Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabinetinin istefa verməsi.
15 aprel 1920 – Fətəli xan Xoyskinin Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün Çiçerinin adına növbəti nota göndərməsi
22 aprel 1920 – Məhəmmədhəsən Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi.
27 aprel 1920 – XI Qırmızı Ordunun Bakını işğal etməsi.
1920 – Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi. Azərbaycanın bolşeviklər tərəfindən işğal olunması.
28 aprel 1920 – Azərbaycanda sovet hakimiyyətinin elan edilməsi. Azərbaycan SSR-nin yaradılması. Bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə verilməsi.
1920 mayın ilk günləri – Qırmızı ordunun Azərbaycan Milli Ordusunun müqavimətini qıraraq Gəncəyə daxil olması, Qazaxı zəbt etməsi, Şamaxı, Göyçay, Şəki, Zaqatala və Balakəni ələ keçirməsi; Bakı limanına hərbi donanmanın daxil olması.
3 may 1920 – Rusiyanın hərbi-dəniz donanmasının Lənkərana və Astaraya desant çıxartması; Azərbaycan İnqilab Komitəsinin dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması.
5 may 1920 – Bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi.
7 may 1920 – Ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verilməsi.
12 may 1920 – İnqilab Komitəsinin xalq məhkəməsi yaradılması haqqında dekretinin verilməsi; "əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali inqilabi tribunal təsis edilməsi; silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verilməsi.
15 may 1920 – Xalq Maarif Komissarlığının qərarı ilə vicdan azadlığının elan edilməsi; dinin dövlətdən və məktəbdən ayrılması; Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlərin milliləşdirilərək dövlət mülkiyyətinə verilməsi.
24 may 1920 – Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekret verməsi.
25-31 may 1920 – Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd Qacarın və Cahangir Bəy Kazımbəyovun başçılığı altında üsyan baş verməsi və üsyanın qəddarlıqla yatırılması.
1920 iyunun əvvəli – Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret verilməsi.
6-18 iyun 1920 – Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılığı altnda xalq üsyanının baş verməsi.
9 iyun 1920 – Bankların milliləşdirilməsi.
15 iyun 1920 – Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Ordusunun hissələrinin üsyan etməsi.
15 iyul 1920 – Balıq sənayesinin milliləşdirilməsi.
İyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında üsyan baş verməsi.
5-9 avqust 1920 – Qırmızı ordu hissələrinin hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini Sisiyan, Qafan və Gorusdan qovması.
Avqust 19 – Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında kəndli çıxışlarının baş verməsi.
26 avqust 1920 – Taxıl ticarətinin inhisara alınması haqqında dekret verilməsi.
23 sentyabr 1920 – Yoxsul komitələrinin yaradılması.
1-7 sentyabr 1920 – Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsi.
30 sentyabr 1920 – RSFSR ilə Azərbaycan SSR arasında Moskva müqaviləsinin bağlanması.
2 dekabr 1920 – Türkiyə ilə Ermənistan arasında Aleksandropol (Gümrü) müqaviləsinin bağlanması.
6 mart 1921 – Azərbaycan SSR-nin I Sovetlər qurultayının keçrilməsi.
16 mart 1921 – Türkiyə ilə RSFSR arasında Moskva müqaviləsinin imzalanması.
17 may 1921 – Azərbaycan İnqilab Komitəsinin dekreti ilə ərzaq sapalağının ləğv olunması.
19 may 1921 – Azərbaycan SSR-nin I Konstitusiyasının qəbul edilməsi. Azərbaycan İnqilab Komitəsinin ləğv olunması. Ali qanunverici, sərəncamverici, nəzarətedici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yaradılması.
Aprel 1921 – Türk qoşunlarının Naxçıvandan çıxarılması.
27 iyun 1921 – Azərbaycan K(b)P MK-nın iclasında Ermənistanın Qarabağın yuxarı hissəsinə olan iddialarının rədd edilməsi.
4-5 iyul 1921 – RK(b)P-nın Qafqaz Bürosunun Qarabağın dağlıq hissəsinin Azərbaycan SSR-nin tərkibində saxlanması haqqında qərar qəbul etməsi.
Sentyabr-oktyabr 1921 – Türkiyə ilə Cənubi Qafqazın Sovet respublikaları arasında Qars müqavilələrinin bağlanması. Naxçıvanın Azərbaycan hüquqlarında ərazi mənsubiyyətinin bir daha təsdiqlənməsi.
16 oktyabr 1921 – Azərbaycan Dövlət Bankının yaradılması.
12 mart 1922 – Azərbaycan, Gürcüstan və Ermənistan MİK-nin səlahiyyətli nümayəndələrinin ZSFSR-in yaradılması haqqında müqaviləni təsdiq etməsi.
iyun 1922 – Cənubi Qafqaz respublikalarının xarici siyasətinin birləşdirmək haqqında qərar qəbul edilməsi.
10 dekabr 1922 – ZSFR MİK-nin yaradılması. Azərbaycan SSR-nin Formal müstəqillikdən məhrum edilməsi.
22 dekabr 1922 – ZSFSR-in SSRİ tərkibinə qatılması.
1923 – Savadsızlıqla mübarizə üçün Xüsusi Komitənin yaradılması; "Azərbaycanı Öyrənən Cəmiyyət"in yaradılması.
7 iyul 1923 – DQMV-nin yaradılması.
9 fevral 1924 – Naxçıvan MSSR-in təşkil edilməsi.
1924 – Suraxanıda turbobur vasitəsilə ilk quyu qazılması; Azərbaycan Opera və Balet teatrının fəaliyyətə başlanması.
1929 – Latın qrafikasına keçidin başa çatdırılması; Qızılağac və Zaqatala qoruqlarının yaradılması.
1930 – Şəki-Zaqatala mahalında, Naxçıvanın Keçili kəndində, Şəmkirin Bitdili kəndində və s. antisovet üsyanların baş verməsi.
1930-cu ilin yayı – Bərdə və Qasım İsmayılov rayonlarında ilk MTS-lərin təşkil olunması.
1931-ci il – SSRİ Elmlər Akademiyası Azərbaycan şöbəsinin açılması; Azərbaycan Yazıçılar İttifaqının yaradılması; Azərbaycan Rəssamlar İttifaqının təşkil edilməsi.
10 mart 1937 – Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbul edilməsi; Ü.Hacıbəyovun "Koroğlu" operasının tamaşaya qoyulması.
1939 – Azərbaycan SSRİ-də latın qrafikasından kiril qrafikalı əlifbaya keçməsi.
1939 – Ə.Bədəlbəylinin ilk Azərbaycan operası olan "Qız qalası"nı tamaşaya qoyması.
28 iyun 1941 – Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
Avqust 1941 – 402-ci milli diviziyanın yaradılması.
Avqust 1941 – SSRİ və Böyük Britaniya qoşunlarının İrana müdaxiləsi.
Oktyabr 1941 – 223-cü milli diviziyanın yaradılması.
Oktyabr 1941 – İsrafil Məmmədovun ilk azərbaycanlı kimi Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
Mart-sentyabr 1942 – 416-cı (Taqanroq) milli diviziyanın yaradılması.
May 1942 – 77-ci diviziyanın yenidən komplektləşdirilməsi.
Avqust-sentyabr 1942 – 271-ci milli diviziyanın yaradılması.
9 sentyabr 1942 – Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
22 dekabr 1942 – Həzi Aslanovun birinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alması.
1943-cü ilin payızı – Berlində mühacir Azərbaycan Parlamenti və höküməti seçilməsi. İyun 1944 – H.Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adın almaq üçün təqdim edilməsi.
27 mart 1945 – Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945-1954 – Mingəçevir SES-nın tikilib istifadəyə verilməsi.
1947-10-mart-1948-23 dekabr – SSRİ Nazirlər Sovetinin Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarlar qəbul etməsi.
1948 – Xəzər dənizində dünyada ilk dəfə olaraq neft-mədən estakadasının qurulması.
1949 – Azərbaycan SSR-də icbari yeddillik təhsilə keçilməsi.
1955 – M.Ə.Rəsulzadənin Ankarada vəfat etməsi.
1955 – Azərbaycan televiziyasının fəaliyyətə başlaması.
1959 – Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilməsi.
1962 – Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 – İcbari onillik orta təhsilə keçilməsi.
İyul 1969 – H.Ə.Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi.
1976 – H.Ə.Əliyevin Azərbaycan İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi.
1978 – Azərbaycan SSR-nin Yeni Konstitusiyasının qəbul edilməsi.
1982 – H.Ə.Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin I müavini təyin edilməsi.
1987 – H.Ə.Əliyevin Moskvada öz vəzifəsindən istefaya göndərilməsi.
19 fevral 1988 – Bakıda-Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mitinqinin keçirilməsi.
Fevral-dekabr 1988 – Qərbi Azərbaycanın (indiki Ermənistanın) azərbaycanlılar yaşayan 185 yaşayış məntəqəsindən 230 min nəfərədək azərbaycanlının qovulması, evlərinin və əmlakının talan edilməsi. Bununla da, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorakı deportasiyasının başa çatdırılması.
17 noyabr – Bakıda Azadlıq meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi Azərbaycanda milli-azadlıq hərəkatının başlanması. 17 noyabr hazırda Dirçəliş günü kimi qeyd edilir.
12 yanvar 1989 – "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" SSRİ Ali Soveti Rəyasət Heyətinin qərar qəbul etməsi. A.Volskinin başçılığı ilə Xüsusi İdarə Komitəsinin (XİK) yaradılması.
16 iyun 1989 – Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının keçirilməsi. Əbülfəz Əliyevin (Elçibəy) AXC sədri seçilməsi.
23 sentyabr 1989 – Respublika Ali Sovetinin sessiyasının "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununu qəbul etməsi.
28 noyabr 1989 – DQMV-də XİK ləğv edilməsi. Azərbaycan SSR- in Təşkilat Komitəsinin yaradılması. 30 dekabr 1989 – Gəncə şəhərinin tarixi adının bərpa olunması.
31 dekabr 1989 – Araz çayı boyunca 137 km-lik Sovet-İran sərhəddində qurğuların dağıdılması. Həmin gün hazırda Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd edilir.
20 yanvar 1990 – Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması.
19 may 1990 – Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi.
21 may 1990 – Respublika prezidentinin 28 Mayı Azərbaycan dövlətçiliyinin bərpası günü elan etmək haqqında fərman verməsi.
28 iyul 1990 – Respublikada demokratik qüvvələrin forumunun keçirilməsi. – 20-dən çox ictimai təşkilatın iştirak etdiyi demokratik blokun yaradılması.
5 fevral 1991 – Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı kimi təsdiq edilməsi.
30 avqust 1991 – Respublika Ali Sovetinin növbədənkənar sessiyasında"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat" qəbul edilməsi.
5 sentyabr 1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması.
8 sentyabr 1991 – Azərbaycanda ilk prezident seçkilərinin keçirilməsi.
14 sentyabr 1991 – Azərbaycan Kommunist Partiyasının fövqəladə XXXIII qurultayının keçirilməsi və partiyanın buraxılması haqqında qərar qəbul edilməsi.
9 oktyabr 1991 – Respublika Ali Sovetinin "Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul etməsi.
18 oktyabr 1991 – "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul edilməsi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi.
9 noyabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən tanınması.
20 noyabr 1991 – Azərbaycan Respublikasının bir sıra yüksək vəzifəli şəxslərinin Dağlıq Qarabağda Qarakənd kəndi yaxınlığında vertolyotun vurulması nəticəsində həlak olması.
26 noyabr 1991 – Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura yaranması.
26 noyabr 1991 – Respublika Ali Sovetinin DQMV-nin statusunu ləğv etməsi.
9 dekabr 1991 – Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması.
11 dekabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyini Rumıniya tərəfindən tanınması.
13 dekabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyinin Pakistan tərəfindən tanınması.
25 dekabr 1991-1992-1993-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının hər il dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması haqqında qərar qəbul etməsi; "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası qanununun qəbul edilməsi.
29 dekabr 1991 – Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması.
25-26 fevral 1992- Erməni silahlı birləşmələrinin Rusiyanın Xankəndindəki 366-cı polkunun yardımı ilə Xocalı şəhərini işğal etməsi və azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətməsi (Xocalı Soyqırımı).
2 mart 1992 – Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması.
6 mart 1992 – A.Mütəllibovun prezidentlikdən istefa verməsi.
4 aprel 1992 – Azərbaycan respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol imzalanması.
8 may 1992 – Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi.
may 1992 – Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının Milli məclisə çevrilməsi.
18-19 may 1992 – Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi.
6 iyun 1992 – Azərbaycan Ordusunun Goranboy və Ağdərə istiqamətində ilk uğurlu hücum əməliyyatına başlaması.
7 iyun 1992 – Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi.
25 iyun 1992 – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılması.
10 iyul 1992 -Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması.
15 avqust 1992 – Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması. Oktyabr 1992 – ABŞ konqresinin "Azadlığı müdafiə Aktı"na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın maliyyə yardımından məhrum edilməsi.
16 oktyabr 1992 – Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi.
3-4 aprel 1993 – Kəlbəcər rayonunun Ermənistandan və Dağlıq Qarabağdan erməni hərbi birləşmələrin hücumu nəticəsində işğal edilməsi.
30 aprel 1993 – BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan ilə Ermənistan arasında münasibətlər məsələsinə dair 822 saylı qətnamə qəbul edilməsi və Kəlbəcərin işğalının pislənilməsi.
May 1993 – Avropa Birliyinin Qafqaz və Mərkəzi Asiyada nəqliyyatın İnkişafına dair TRASEKA proqramını qəbul etməsi. Bu texniki yardım proqramı Avropadan Qərb-Şərq oxu ilə Qara dəniz-Cənubi Qafqaz-Xəzər dənizi Mərkəzi Asiya istiqamətində nəqliyyat dəhlizinin İnkişaf etdirilməsinə xidmət edir. 3 Cənubi Qafqaz və 5 Mərkəzi Asiya ölkəsi onun iştirakçısıdır.
4 iyun 1993 – Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması.
15 iyun 1993 – H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan həmin günün "Qurtuluş" günü kimi qeyd edilməsi.
23 iyul 1993 – Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
18 avqust 1993 – Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
21-23 avqust 1993 – Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması.
23 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu işğal etməsi.
31 avqust 1993 – Qubadlı rayonunun işğal edilməsi.
24 sentyabr 1993 – Azərbaycan Respublikasının MDB-yə daxil olması.
3 oktyabr 1993 – H.Əliyevin Respublika Prezidenti seçilməsi.
30 oktyabr 1993 – Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
20 sentyabr 1994 – Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) arasında neft konfraktlarının ("Əsrin müqaviləsi"də adlanır) imzalanması.
Oktyabr 1994 – Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması.
Mart 1995 – Dövlət çevrilişinə cəhdin iflasa uğraması.
5 iyun 1995 – H.Əliyevin sədrliyi ilə Azərbaycan Respublkası Konstitusiyası layihəsini hazırlayan komissiyanın ilk iclasının keçirilməsi.
24 noyabr 1995 – Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması.
Fevral 1996 – Müstəqil Azərbaycan Gənclərinin I forumunun keçirilməsi.
22 aprel 1996 – Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanması.
3 iyun 1996 – Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya dövlət başçılarının Kislovodsk şəhərində "Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda" bəyənnamə verməsi.
İyul 1996 – Bakıda yeni televiziya qülləsinin istifadəyə verilməsi.
Avqust 1996 – "Dədə Qorqud" dəniz qazma qurğusunun istismara verilməsi.
Noyabr 1996 – Azərbaycanın dahi şairi M.Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi.
2-3 dekabr 1996 – ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi.
10 aprel 1997 – Azərbaycan Respublikasının prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılması.
20 aprel 1997 – "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyinin qeyd olunması haqqında prezident fərmanının verilməsi.
16 may 1997 – Azərbaycan Respublikasının Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə qoşulması.
19 iyun 1997 – Özbəkistanda Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyinin açılması.
25 oktyabr 1997 – Azərbaycan neftinin Şimal marşrutu-Bakı-Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
12 noyabr 1997 – ARDNŞ-lə xarici neft şirkətləri arasında bağlanmış "Əsrin müqaviləsi"əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi
18 dekabr 1997 – Azərbaycan Respublikası prezidentinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında" fərman imzalanması.
30 yanvar 1998 – Azərbaycan Respublikasının prezidentinin Azərbaycan Xalq Cumhuriyyəti yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam verməsi.
10 fevral 1998 – Milli Məclisin Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etməsi.
26 mart 1998 – Azərbaycan Respublikası prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi.
10 aprel 1998 – "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
28 aprel 1998 – Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi.
18 iyun 1998 – İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi.
8 avqust 1998 – "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası prezidentinin fərman imzalaması. Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin-"Qlavlit"in ləğv edilməsi.
8 sentyabr 1998 – Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. "Avropa- Qafqaz-Asiya" dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsinin imzalanması.
14-15 sentyabr 1998 – Azərbaycan qadınlarının qurultayının keçirilməsi.
25 sentyabr 1998 – Azərbaycan müəllimlərinin qurultayının keçirilməsi.
11 oktyabr 1998 – Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci dəfə prezident seçilməsi.
29 dekabr 1998 – Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməsi.
Aprel 1999 – Bakı-Supsa neft kəmərinin işə salınması.
22 iyun 1999 – "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
30 sentyabr 1999 – Bakıda Binə beynəlxalq hava limanının yeni binasının açılması.
18 noyabr 1999 – Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında saziş imzalanması.
12 dekabr 1999 – Azərbaycanda ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi.
Aprel 2000 – "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin təntənə ilə qeyd edilməsi.
May 2000 – Azərbaycan Respublikasının Milli Məclisinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqaviləni ratifikasiya etməsi.
5 noyabr 2000 – Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi.
Noyabr 2000 – Bakı və Sumqayıt şəhərlərində güclü zəlzələnin baş verməsi.


Tarix: 07.01.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 287 Bölmə: Azərbaycan tarixinin xronologiyası