beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtirmək həmişə incidib adamı
İtirmək həmişə incidib adamı

Şəhərdə qəribə bir hava var, nə istidir, nə soyuq… Qəribə bir bürkü var idi. Bəlkə ilıq deye xarakterizə edəcəyimiz bir hava, üstəlik əhvalım da bu gündədir. Saata baxdım... 1 saat olardı, fikrə getmişdim… …Gah günəşin isti nəfəsi, gah da küləyin sərinliyi yanaqlarımı və gözlərimi yandırmağa başlamışdı! Sonra “olaram dərdə həmdəm, səni qəmli görəndə” mahnısı yadıma düşdü… yenə fikirləşdiklərim barədə düşünməyə başladım …daha dəqiq, nə fikirləşdiyim barədə düşünməyə davam etdim… …Yenidən dərin fikrə dalmışdım ki, hiss etdim biri adımı səslədi!.. Həmən başımı qaldırıb hər tərəfə baxdım, kimsə yox idi! Qulaqlarım məni aldatmışdı… …Yenidən saat baxdım… 2 saat keçmişdi… yay olanda saatlar uzandığından gün də bitmək bilmir… gün artdıqca şəhərdən uzaqlaşmaq istəyirdim bu gün… təkcə şəhərdən yox… elə hamıdan. Məni tanımayan və mən tanımadığım bir yerə qaçmaq istəyirdim… Nə yaxşı ki, belə bir məqamda şəhərdən qaçmaq ağlıma gəlmişdi… heç olmasa necə qaçacağım və hara qaçmağın daha yaxşı olduğu barədə fikirləşirdim… bu məni o biri fikirlərdən uzaqlaşdırdı bir anlıq… Bu qarmaqarışıq fikirlər, dumanlı xatirələr, səssizlik içərisində, hələ üstəlik belə mənasız havada burda, şəhərdə qalmaq, axmaqlıq olardı lap… Amma dünən bir az ürək ağrılıarım olduğundan, bu gün təsiri hələ də keçməmişdi… Bir az narahat idim… bir az. Bu günsə baş götürüb getmək istəyirəm buralardan… Aldadıram hamını… Sonra həyatda itirdiklərim haqqında düşünməyə başladım… Birinci yadıma sən düşdün. Eşidirsən, sən! Bilirsən, itirmək həmişə incidib adamı. Heç vaxt itirdiyi bir şey üçün üzülməyən adama rast gəlməmişəm. Sarılmışdım fikirlərə, buraxmaq istəmirdilər məni. İllərin həsrətini, yanğısını büküb bir küncə atacağıma qərar vermişdim… Yorulmuşam… hər şeydən və hamıdan… İxtiyarsız yerimdən durub saata baxdım… İşləmədiyini zənn etdim… Saata bir saat bunda öncə baxdığımı və işlədiyini unutmuşdum… Saat işləyirdi. Özü də düz 5-in yarısı idi… Hə, düpbədüz işləyirdi. Güldüm… Həmişə ən çox qorxduğum şey saatımın yatması olmuşdu. Belə vaxtlarda həmişə pis nə isə olurdu. Sevindim. Xarab saat… əslində qoluma yapışmış bu saat tez tez xarab olurdu… o mənim üçün çox dəyərli olduğundan onu qolumdan qoparıb, atmaq istəmirəm……Saat işləyirdi…….əqrəbləri ləng tərpənirdi və mənə elə gəldi ki, zamanın ağırlığını hər gün daşımaqdan çox yorulub… saat işləyirdi, özü də qaldığı yerdən yox, əsl işləməli olduğu vaxtdan… Bu saat məni yuxulu fikirlərimdən ayıltdı… bir neçə dəqiqə saat haqında fikirləşdim… sonra ayıldım… Yox əslində yuxulu deyildim, dəqiq… fikirli idim. Güzgüdə özümə baxdım, bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil… Fikirlərin əlindən. Vaxtı yola verirdim… vaxtı yola verdikcə hisslərim də soyumağa başlayırdı elə bil. Dumanlı xatirələr də başımdan çəkilməkdə idi… çəkilirdi yavaş-yavaş deyəsən, uzaqlaşırdı məndən. Bir az ürəyimə dinclik çökürdü… amma bir az… Əslində Bakıdan qaçma səbəblərimdən biri də bu əzablar idi… hər şeydən qurtulmaq… əslində hər şeydən qurtula bilərdim qaçmaqla… amma özümdən necə? Bacarardım sizcə?… bir anlıq fikirləşdim həə, sonra dərhal yox bacarmaram… Tək qalmağı çox sevirəm… amma son zamanlar özümdən də qaçmaq istəyirəm… Deyirlər, “özü-özü ilə yola getməyən insan, heç kimlə yola gedə bilməz”. Belə məqamlarda nədənsə, həmişə bu söz yadıma düşür! Sonra ürəyimdən Röyanın “Səninəm” mahnısına qulaq asmaq keçdi… asdım… vallah səsim olsaydı bu mahnını oxuyardım… yadıma sən düşdün… Darıxdım, özü də laaaaaaaaap çooox… Bir də gördüm yağış başladı… Yağış nə yağış. Ucundan tutub göyə qalxmalı............Şimşəklə yanaşı göydə çaxmağım gəldi lap... Yaz yağışını çox sevirəmm! Mənim üçün bir başqadır yaz yağışı. Yağ yağış, yu apar, bu dunyanın gunahını… Kaşki bir yağış damcısı bütün həsrətləri özündə daşısaydı..! Yaz yağışının gözəlliyini həmişə duymaq istəyirəm. Amma bu yaz incitmişəm onu. Həm də çox...


Tarix: 08.06.2015 / 17:09 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Aynur Həsənova