beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtgin Gəlin – Aygün Kazımova

Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.

Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindi.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindi.

Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrümü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.


Tarix: 22.01.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Aygün Kazımova