beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən varsansa – Almaz Ələsgərli

Nə gün,nə ay,nə qış,nə yaz
Sən varsansa qəmim olmaz
Taleyimdə nə çox,nə az
Sənsiz bir an yaşanılmaz

Qismətim dünyada sən imişsən
Ruhunu ruhum ilə dəyişsən
Kəşf edək özümüzü bir daha
Ayrılıq xoş gedərmi Allaha ?
Bu istək səni məndən almasın
Həsrəti ürəyimə salmasın

Nə gün,nə ay,nə qış,nə yaz
Sən varsansa qəmim olmaz
Taleyimdə nə çox,nə az
Sənsiz bir an yaşanılmaz

Gözlərin gözlərimə bənd olur
Sözlərin şəkər olur,qənd olur
Hər səhər nuruna boyanaram
Gecələr atəşinə yanaram
Ayrılıq səni məndən almasın
Həsrəti ürəyimə salmasın

Nə gün,nə ay,nə qış,nə yaz
Sən varsansa qəmim olmaz
Taleyimdə nə çox,nə az
Sənsiz bir an yaşanılmaz


Tarix: 22.01.2015 / 17:27 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Almaz Ələsgərli