beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu nə sirdir?
Bu nə sirdir?

Bu nə sirdi, dayanmadan
Hey gedirəm birnəfəsə?!
Görənlər də qibtə edir
Məndə olan bu həvəsə.
Bir dağ çayı - ömür yolum,
Maneədir sağım-solum.
Cəhd edirlər məğlub olum -
Yollarımı kəsə-kəsə.
Hər yan olsa da daş-qaya,
Fərq qoymuram günə, aya.
Arzularım gəlmir saya,
Sığışmıram dar qəfəsə.
Mən də bir tanrı quluyam,
Hamı deyir: qürurluyam.
Gərək bu adı qoruyam,
Taleyimlə bəhsə-bəhsə.


Tarix: 25.05.2015 / 11:30 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: Afaq Şıxlı