beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atamın xatirəsinə

Atamın dedikləri

Usandım dünyanın soyuq üzündən
Görüb , görəcəyim ömür də gün də
Bir damla yaş kimi düşdü gözümdən
Soyuq torpaqlara tapşırın məni
Üzümü üzünə qoyum isinim
Bir az sizdən doydum, bir az özümdən
Bir az da torpaqdan doyum, bəsinim.
Mənə yer eləyin ,ay əzizlərim,
Bacımın yanında qazın məzarı
Soyuq torpaqlara qoyun üzümü
Yönümü çevirin Tanrıya sarı.

Hər şey əzəlinə dönür sonunda
Dünya bir iblisdi, mələk donunda.
Inanıb, aldanıb yaşadım yetər,
Dərdinə qəminə “bəsdi” demədim
80 il yükünü daşıdım, yetər.
İndi də anamın isti qoynunda
Bir az rahatlanıb dincəlim barı
Soyuq torpaqlara qoyun üzümü
Yönümü çevirin Tanrıya sarı.

Aşıb vaxt səddini, zaman hasarı
Zamanın durduğu yerə gəlmişəm.
Arxaqda buraxıb olacaqları
O dünya deyilən sirrə gəlmişəm.
Dünyanın dərdindən alıb başımı
Anamın yatdığı pirə gəlmişəm.
Üzümə açıqmı haqq qapıları ?
Soyuq torpaqlara qoyun üzümü
Yönümünü çevirin Tanrıya sarı.

————————————–

Verdinmi borcunu

Bu da sənin qardan yorğanın , Ata.
Çək üstünə yat.
Ruhun azad olsun , qulağın dinc,
Yerin rahat .
Torpağın yumşaq olsun
Təzə yağmış qar kimi.
Qəbrin nurla dolsun
Yastığın güllə, çiçəklə
Çiçəkli bahar kimi.

Yerin cənnət olsun ,ay Ata,
Yuxun sirin,
Səni burda deyil
Ürəyində dəfn elədi
Sevdiklərin.

Yalansız, riyasız
Bir ömür yaşadın , ay Ata.
Qazancın ovcundakı qabardı
Bir ömür borcun vardı həyata
Verdinmi borcunu?
Canın qurtardı…


Tarix: 26.12.2014 / 17:03 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: ATA ŞEİRLƏRİ