beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A4 ft Cəza 22 – Ciddisən?

A4 ft Cəza 22 – Ciddisən? Lyrics

Cəza 22

Həyat, yer üstüdürsə bizlər yer altı və beş istəyənə ver altı ki
Yer üstünün hər yerini mer aldı. Hədəfin 22 metrlik penaltıdı
Mənə fenomen oldu, bəs sənə nə qaldı?
Məsələ bağlı, məsələn ağlın kəsirsə tez elə yaz və qarışdır qəzələ nağılı
Süni mövzularınız solub olub xəzəl və dağılır
Rap milli kütləyə deyil xeyr əzəldən maraqlı.
Hara gedirik deyinərək? Yetər verək beyinə rəng
Və tər tökürük bu rapi edib zehinə həkk
Eyiblə günahı yumağın yolu doludur nəhəng
Və təəssüf ki qalıcı rəng deyil əhəng.
Cahil insanların nail olduğu bu dünyada mahir
Olan da olur onlardan birnə dair.

Nəqarət

Bu deyil demo, demə, demə ki ciddisən
Qəti qalmaz dəyərin əgər ki rap desən
Düşün daşın, qərarə gəl indi sən
Sonra nə 2Pac olarsan (olasan) nə də ki 50 Cent

A4

If “Vicente del Bosque”sisənsə rapin mən Ottmar Hitsfeld bu fərqi hiss et.
Nəsə bacarırsansa onda tut əlimi risk et,
gitarıvı qismət Deyib qoy kənara və çalış pul yox qazan respect
Afərin pis getsə nəsə qal dinləyici pis “wack”
MC olmaqdansa biz məktəbindən
öyrənmişik təməl olmayıb diss track
5-ci element bilik və bu ciddi fənn
Nə isə etmək üçün əvvəlcə bilgilən
Silgilər, qələmnən çox lazımdır, nəzə gözləmə bir ilə.
Bəlkə kimsə başa düşməyəcək track görməyəcək ilgi və
Nəticə isə 100% var əgər bu iki MC birdirsə

Nəqarət

Bu deyil demo, demə, demə ki ciddisən
Qəti qalmaz dəyərin əgər ki rap desən
Düşün daşın, qərarə gəl indi sən
Sonra nə 2Pac olarsan (olasan) nə də ki 50 Cent


Tarix: 23.01.2015 / 14:19 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: A4