beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A4 – Featiməki

A4 – Featiməki Lyrics



Verse 1.
Gücənib tərlədin, çəkib üçərik hər nədi
Deyib üç hərf kəlməni adına, küçədir sərhəddim.
Mən “Flow” dedim oğurladınız, “Rhyme” dedim oğurladınız,
Sizə kloun dedim, doğrudur adınız, fuu indi boğulmadınız?
Axı bu stil zəhər kimi, bil səhərə kimi vururam
Gəlir səhər həkimin ki, çalxalayıb fil nəhrə kimi
Qoyur kim dəyərə kimi? Bil ki dil əyər kini
Bir qədər “Fast Flow” məst olun deyə, bacarmır bəs o deyən
Alsın həzz “all” belə qafiyəm “grasshopper”
Studiyalarda Mic dilən və Like dilən,
Gəl Nike ilə, nanay-ninə oxu və denən reperəm mən ay binə
Tərziniz manısa aid, qışqırısınız “Banzai”
Hər eşidəndə rhyme sait səsə vurğunu, “Klass A” keyfiyyətdə
Qan salırsan trackdə əslində isə şamsan
Tap indi hara girirsən tapsan

[Chorus]
Mənə tay deyilsən fərqimiz itlə “Кит”
Beatə kitlənib, bağlayıb iplə kip ağzını
Döşəyirəm kicklə deep, iki ilə cip eləyib
Yumurtadan çıxdın işin “Featiməki”



Verse 2.
Allergikəm, səni görəndə asqıraq tutur,
Gərək tozsovuranla çəkib yığıb basdıraq qutuya,
Dinlə trackimi öyrən, kliklə bas bir bax “Youtube”da
Sonra paxıllıqdan partla, bassın pas qudur.
Sən yatanda damda, mən bandamla repi sökürdük
Fontandan su kimi gəlir
“Vandallar” deyəndə bizə ətrafımız, Hip-Hop axırdı qandan
Gəl izah elə ki sənət heç cür asılı deyil “fan”dan hə?
Say bunu,”Rhyme” qulum “Fly” buludlara çəkib
Mənsə “Kayf” tutum, iyləyib içmədən
İçdən hər gələn sətrimlə, sənsə boş danış ölçüb biçmədən.
“Style”ım “Pun”dan ayrı “Kane”-dən qayrı
“Drake” və sayrı kimi zibilləri beyindən saymır
Təsiri sanki yemisən laymı
İndi güya repersən amma flou sıfır meyitsən ayğır.


[Chorus]
Mənə tay deyilsən fərqimiz itlə “Кит”
Beatə kitlənib, bağlayıb iplə kip ağzını
Döşəyirəm kicklə deep, iki ilə cip eləyib
Yumurtadan çıxdın işin “Featiməki”


Tarix: 23.01.2015 / 14:18 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: A4