beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəli – divanə – A Trio

Cavan yaşımda bir qıza vuruldum yaman
Onu düşündüm təkcə onu mən hər zaman
Görüşməyən günü qalırdım ondan nigaran
O mənim yuxusuz gecələrim oldu

Bir möcüze idi rast gəldim bu gün mən sənə
Sakit gecə idi ulduzlar baxırdı mənə
O sənin gözlərin yandırdı məni yenə
Səni gördüm oldum mən dəli – divanə

Könül eşqin yolunda alışsın gərək
Hər bir əziyyətinə barışsın gərək
Bu sevgi bir həyatdir xoş arzular oyatdı
Yolunu gözləyirəm bəlkə qayıtdın

Onunla eşqin dənizində üzə – üzə
Necə mənalı görünürdü həyat bizə
Etdiyi nazlara işvələrə dözə – dözə
O qız mənim ağlımı başımdan aldı

Bir gün nəhayət istədim sevirəm deyəm
Itirdim özümü ağzımda dolaşdı dilim
Elə çaşdım ki mən dilim – dilim olsun dilim
O qız mənə o ki var ürəkdən güldü

Könül eşqin yolunda alışsın gərək
Hər bir əziyyətinə barışsın gərək
Bu sevgi bir həyatdir xoş arzular oyatdı
Yolunu gözləyirəm bəlkə qayıtdın

Bir möcüze idi bu nə bəla idi rast gəldim bu gün mən sənə
Sakit gecə idi ulduzlar baxırdı mənə
O qara sənin gözlərin yandırdı qəlbimi yenə
Səni gördüm oldum mən dəli – divanə

Bir möcüze idi rast gəldin bu gün sən mənə
Sakit gecə idi ulduzlar baxırdı mənə
O qara gözlərin yandırdı qəlbimi yenə
Məni gördün sən oldun dəli – divanə


Tarix: 22.01.2015 / 17:12 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: A Trio