beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A Team – Bəzən

A Team – Bəzən Lyrics

[Dakodje Verse]
Boşluğumun dolmayacağını, yerimin hər zaman görsənəcəyini,
düşünərkən görürəm mənim yerimi kimsə tutur..
Mənsiz hər gün ağlayacağını, bəlkə özünü öldürəcəyini,
Düşünərkən görürəm məni oda unudur..
Almışam parfumunu, səni xəyal edərkən qoxlamaq üçün..
Bədbəxtlikdən bəslənən insan olmaram daha.. “Deyirəm öz-özümə..”
Tikirdim ətrafımıza divarlar onlardan qorunmaq üçün..
İndi sənsiz anlayıram mən təkliyə məhkum bura isə həbsxana..
Bəzən bir nida xətrimizə dəyə biləcəyi hər anda,
Nə qədər nidalarla doldurulan son sözlər təkrarolunmaz idi..
Bəzən əlvida sözünü qəbul etməyimiz imkansız olduğu halda,
Bu qədər asan yazmağımız, ayrılmağımız inanılmaz idi..
Sənsiz, qala biləcəyim, hər günü, hər anı..
Hesablamazkən, düşünmürdüm bir gün sənsiz qalaram..
Sənsiz, ala biləcəyim, hər nəfəs, hər ahı,
Hesablamazkən, düşünmürdüm bir gün sənsiz ağlaram..
İndi bir daşdan fərqim yox, ya da var..
Bir daş heç vaxt ölmür, incidilmir ya da heç vaxt tərk edilmirdi.. “alqışla..”
İnsanların bədbəxt olduğunu eşitmişdim bir zamanlar,
Amma bədbəxtliyin sənsizlik olduğunu bilmirdim.. Bağışla..

[Chorus]
Sənsiz, qala biləcəyim, hər günü, hər anı..
Hesablamazkən, düşünmürdüm bir gün sənsiz qalaram..
Sənsiz, ala biləcəyim, hər nəfəs, hər ahı,
Hesablamazkən, düşünmürdüm bir gün sənsiz ağlaram.. (x2)

[Sahruz Verse]
Bəzən yadıma düşür kövrəlirəm,
Lənət oxuyuram həyatım qanunlar..
Pozulur əsəb sistemim, gecələr yuxusuz,
Sən getmisən qalmışam mən susuz.
Bəzən baxıram yollara, sənə oxşar kimsə varmı boz küçələrdə,
Bu küçələrmi boz? İnsanlarmı? Hərə onsuz öz dərdində..
Sənə lənət oxumaram heç vaxt, bir vaxtlar səni sevdiyimə görə,
Sənin hisslərin mənim vecimədə deyil, sadəcə mənə əziz olduğuna görə..
Dönür dünya, dövr edir hər şey, bir gün gələr əlbət ailə qurarsan,
Məndə sevinərəm sənin qədər, inşallah xoşbəxt olarsan..
Söz vermişdin, xatırla əzizim, uşağına mənim adımı qoyacaqdın..
Heç kəsə heç nə bildirmədən, sadəcə mənim adımı yaşadacaqdın..
İstəmirəm bu sözünə sadiq durasan, məni nəsə xatırlatsın sənə..
Dedim axı sən xoşbəxt ol, inan ki bu bəs edər mənə..

[Chorus]
Sənsiz, qala biləcəyim, hər günü, hər anı..
Hesablamazkən, düşünmürdüm bir gün sənsiz qalaram..
Sənsiz, ala biləcəyim, hər nəfəs, hər ahı,
Hesablamazkən, düşünmürdüm bir gün sənsiz ağlaram.. (x2)


Tarix: 23.01.2015 / 14:11 Müəllif: Aziza Baxılıb: 266 Bölmə: A Team