beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A Team – Ağlama Can

A Team – Ağlama Can Lyrics

[ Dakodje ]
Ruhumsan çıxdın önümə, qorxdum ki qaranlığa enəcəm..
Gözlərim bağlandı dünənə, dedim deyəsən, yenidən sevəcəm..
Köhnə dəftərlər qaldı rəfdə, hərə bir tərəfdə, mən tək qalanda..
Yeni şəhərlər, yeni ümüdlər, yandı şeirlər açılan şəfəqdə..
Tapdım səni qaranlığım, qorxmuram yağışdan, qorxmuram küləkdən..
Sözlərim sənə ürəkdən, səslərəm səni ürəkdən..
Gözlədim yolunu gəldin, deyəsən azacıq gecikdin amma üzülmə..
Gözlərdim səni bir ömür biləcəkdim çatacam xoşbəxtliyə dözümlə..
İndi əllərini tutub üz aldım bu sevgiyə, qəlbdə sevirəm deyə-deyə..
Səni çox sevərəm, tərk etsən ölərəm, son mənzilə dönərəm, mort de ma vie..
Dedilər böyük sevgilər imkansızdı yalan, köməyimdi zaman..
Bu səfər qaranlığıma edəcəm mən güman..
İndi dağınıqlar içindən mənə tək qalan, məni məndən alan..
Gözlərim önünə sənsizlikdə enmişdi duman..
İndi tərk etmə məni sən, gizlən sevgimin kölgəsində..
İnanma onlara yenə sən, şayələr, qoy nə deyirlər desinlər..
Bilirəm mənə görə çox dalaşacaqsan evdə ama döz bunun sonu yaxşı olar..
Al qana boyanan qəlbim, sən al, qana boyama, al saxla içərdə yoxsa tez solar..
İndi arzular yenə, pəncərədən, boylandılar yenə..
Səni sevirəm, sevdiyinidə bilirəm, ama bircə dəfə yenə mənə sevirəm denən..
İndi xəyallar yenə, çərçivədən qaçdılar yenə..
Məni bağışla, çünki səni bağışladım özümə, sevdiyini bilə-bilə canım..

[ Chorus ]
Ağlama can, getməm səndən..
Mən qalacam, həmişə yanında..
Gecə sığal çəkəndə gözlərinə..
Qaranlıq çökəndə ulduzun olacam..(X4)

[ Şahruz ]
Ay mənə baxanda, gün batanda.. bizə gözəldi mənim əzizim..
Yenə vərəqlər qələmnən sərxoş.. Mürəkkəb axır, özümsə bixoş..
Əlifbanın otuz iki hərfinin sadəcə gücü çatmır hisslərimizə..
Susub biləy kimi sadəcə sən bax, qürur işləməz gözlərimizə..
Yazsam səni dağlara, daşlara, sadəcə göstəriş üçün olacaq..
Səni sevirəm sözünü desəm çoxca sanki gözümdə sevgim alçalacaq..
Azad səmalarda uçuruq biz, bütün buludlar, yağışlar bizim..
Olacam sənə məxsus bir günəş, yandırmadan isidəcəm səni, öyrəş..
Bu dünya bizim üçün yaranmayıb əzəldən..
Gəl yaradaq yeni bir dünya, sadəcə sən və mən…
Can.. Hər şey gözəl olacaq.. Günəş burda..


Tarix: 23.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 241 Bölmə: A Team