beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A Team – Xoşbəxtliyə nifrət edərək

A Team
A Team – Xoşbəxtliyə nifrət edərək
28/08/2014
Baxış sayı: 96
Göndərdi: Hasanovich


Skit:
Birdən mənə elə gəldi ki hər şey əlimdən çıxır, mən onlarıda, xatirələrimidə itirirəm, yolda aya qədər uzanıb uzaqlaşır.. Ömrümdə ilk dəfə özümü yetim bildim.. Və birdən başa düşdüm ki illər bizi bir-birimizə bağlayan dünənin və bu günün arasında uçurum yaradıb.. Bəlkə elə biz özümüz yaradmışıq bu uçurumu

[ Chorus ]

Yenə həzin külək, çöldə yağır yağış..
Ömrüm tükənir, dünən ağlayır..
Qəlbdə yalnızlığ, yenə qaldım tək..
Xoşbəxtliyə nifrət edərək.. (X2)

[ Dakodje ]
Kölgələr yenidən susdum baxdım özümə güzgüdə..
Necə qocalmışam mən, sükutam mən, yağışam mən..
Çətin gələr üzümü bürüyən itdiyim cizgidə..
Özümü axtarırdım, sən isə nə deyirsənsə de..
Denən ki təkrar edir, denən ki maraqsızdı..
Denən ki yalançısan, denən ki çox bezmisən sən..
Denən ki tərk edirsən, eybi yox öyrəşmişəm mən..
Demə ki dərk edirsən, demə ki məni anlayarsan..
Şeytanım sarıl mənə, qaçıram xoşbəxt günlərdən..
Onlar tərk edəndə, hisslərimi çirk edəndə..
Mən nə qədər qocalırdım, böyüyürdüm, anlamırdım..
Zülmət ərk edəndə, qaranlığımı dərk edəndə..
Artıq gec idi geriyə dönüb baxaraq ağlamaq..
Yada ki göz yaşını silərək önə bir addım atmaq..
Artıq gec idi qanayan yaranı əllərimlə bağlamaq..
Yada ki köhnə yaranın dibini eşərək qanatmağ..
İndi üsyan etmə buludlar məndən çox ağlaya bilməzsən..
Üsyan etmə alovlar məndən çox yana bilməzsən..
Mənsə üsyan etdim yağışla, üsyan etdim qarğışla..
Üsyan etdim… Bağışla…

Yenə həzin külək, çöldə yağır yağış..
Ömrüm tükənir, dünən ağlayır..
Qəlbdə yalnızlığ, yenə qaldım tək..
Xoşbəxtliyə nifrət edərək.. (X2)

[ Dakodje ]

Onlar anlamadılar, onlar vurub qırdılar..

Onlar necədə qəddar, ətrafımda buludlar
Hördülər divar, onlar anlamadılar ki..
Dedikləri hər söz bu körpənin qəlbini qanadar..
Havada axtarırdım çarə son addım atıldı..
Yüksəldi nalə, görünür heçə satıldım..
Hisslərdə yanıldım, yanırdım, qışqırırdım..
Duyan yox idi, duyğularla sonsuz çapalayırdım..
Ümüdlər tükənirdi, ayağlar getməkdən bezirdi..
Arzular yorulur, yollar bitmək bilmirdi..
Ətrafım saxtalaşır, bir neçə nəfər sağ qalırdı..
Onlar uzaqlaşır, gözlərə nifrət salırdı..
Sizi günahlandırdım ki, hər şeyi məhv etdiz..
Sizi günahlandırdım, dediklərimi fərz etdiz..
Səni günahlandırdım ki, hələdə məni dinləyirsən..
Məndə günahkaram üsyanımla taqətsiz..

[ Şahruz ]
Lütf eylədi Tanrı və bu bədənədə bu ruhu..
Gözümdə göz yaşı qaldı, cəhənnəm qorxusu yoxdu..
İçində dar ağacına asılmış nə qədər ümüd var..
Ümüdləri bastırmağa yer təkcə bir qəlbin var..
Sənində bir xəyalın var, onu sən çoxmu gözlədin..
Unutma hər xəyalın qapısında xəyalət yatar..
İçimdə bir qatil var, ona deyirlər xoşbəxtlik..
Unutma hər təbəssümün ardında göz yaşım yatar..
Bəsdi buraxın məni, olmayacam sizin kimi..
Küt cəmiyyətə öyrəşib sata bilmərəm mənliyi..
Dilimdə dolyavorovskaya, cibimdə beş qəpik pul..
Ayağımda ördək burun, üstümdə qara kostyum..
Və birdə əyri burnum, qocalmaq istəməm qədeş…
Olum ağsaqqal dədəş, zər, nərdtaxta, duşeş..

Yenə həzin külək, çöldə yağır yağış..
Ömrüm tükənir, dünən ağlayır..
Qəlbdə yalnızlığ, yenə qaldım tək..
Xoşbəxtliyə nifrət edərək.. (X4)


Tarix: 23.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 167 Bölmə: A Team