Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarJestlərdən istifadə

Bir çox həmvətənlərimiz məzuniyyətə xarici ölkələrə istirahət etməyə gedirlər. Onları müxtəlif ölkələrdə bir sıra sürprizlər gözləyir. Əgər sizin dil məhdudiyyətiniz varsa və siz bunu jestlərlə ört- basdır etmək istəyirsinzsə, ehtiyyatlı olun. Nəzərə alın ki, müxtəlif jestlər müxtəlif ölkələrdə müxtəlif məna daşıyırlar.

Yuxarıya qaldırılımış baş barmaq
Latin Amerikası və Qərbi Afrıkanın bir sıra hissələrində, həmçinin İranda, Sardiniyada bu jest mənfi məna daşıyır. «Əla» sözü əvəzinə jest təhqir kimi başa düşülür.

Bizdə balaca uşaqlar bir birilərini qıcıqlandırmaq istədiklərində dil çıxartdıqları kimi, qeyd etdiyimiz ölkələrdə bu jesti göstərirlər.

“OK” işarəsi
Biz bu işarəni “hər şey qaydasındadır” kimi başa düşməyə öyrəşmişik. Lakin Yaxın Şərqdə bu işarəni hədə- qorxu Ardı »

Maraqlı Melumatlar11 Sentyabr nəzəriyyələri

ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir.

Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar "qaranlıq" qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur.

Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar.

1. Ticarət Mərkəzinə istiqamətlənən təyyarələrin uçuşuna niyə müdaxilə olunmayıb?

Sual: Qaçırılan təyyarələrin uçuşuna dünyada ən qüdrətli ABŞ aviasiyasının müdaxilə edə bilməməsi necə mümkün olub?

Konspiroloqlar: Amerikanın o zamankı vitse-prezidenti Dick Cheney (Dik Çeyni) uçuşa müdaxilə etməmək əmri verib.

Rəsmi araşdırmanın nəticələri: Pilot heyətinin qətlə yetirilməsi və təyyarələrin yerdən tanınmasını təmin Ardı »

Maraqlı MelumatlarÜç dilli qadın

32 saylı Çin sakini Çonqe Xuyan Si yaxın vaxtlarda 20 ildə ilk dəfə normal yemək yeyə bilib. Sən demə, biçarə qadının 3 diliu var imiş.Ən qəribəsi budur ki, anadan olarkən onun bir dili olub, aradan bir neçə il keçdikdən sonra isə onun daha iki dili çıxmağa başlayıb. Onu bu iyirmi ildə üç dillə yaşamağa nəyin məcbur etdiyini söyləmək çətindir. Ancaq axır ki, Çonqe uzun illərin əzabından qurtarıb, cərrahiyyə əməliyyatı ilə öz əlavə dillərinə əlvida deyib. Ardı »

Maraqlı MelumatlarRobin Qud- Əsatir, yoxsa Həqiqət?

Xeyirxah quldur haqqında altı yüz ilə yaxın əfsanənin yaşamasına baxmayaraq, alimlər hələ də Robin Qudun həqiqət olub-olmamasını aydınlaşdıra bilməyiblər.

XV əsrin sonlarında “Robin Qud” balladalarını yazmış naməlum müəllif onun haqqında “Robin məğrur quldur idi. Həyatda qorxu bilmədən yaşayır və şən mahnılar sevirdi” deyə təsvir edirdi. Balladaya daxil olan hər dörd hekayənin hər birində oxucu varlılara hücum edən və kasıblara köməklik göstərən “Şən quldurlar” dəstəsinin cəsur başçısı ilə rastlaşır. Birinci novellada Robin xəsis rahibdən qisas almaq üçün özünün sadiq dostu olan cəngavər Kiçik Condan pul borc götürür.

İkinci novellada – hiylə işlədərək hamının nifrət etdiyi nottinhemlı şerifi onunla maral ətindən dadmağa məcbur Ardı »

Maraqlı MelumatlarTərbiyə faktoru irsiyyət faktorundan daha güclüdür

Uzun illərdir alimləri «şəxsiyyətin formalaşmasına daha çox irsiyyət yoxsa tərbiyə təsir edir?» sualı maraqlandırır. Ən son araşdırmalara görə isə, ögey valideynlər uşağa bioloji valideynlərin irsiyyətindən daha çox təsir göstərə bilər.

Ekseter və Hamburq universitetlərinin alimləri şəxsi xüsusiyyətlərin nəsildən nəslə necə keçdiyini bilmək üçün amadin quş növünü öyrənmək qərarına gəliblər.

Bəzi amadinlər özlərini utancaq aparır, sakitcə bir yerdə oturmağı üstün tutur, bəziləri isə özlərini tam tərsinə, dominant göstərirdi. Alimlər bütün bu quşlara həyata yeni nəsil gətirmələrinə imkan verdilər.

Yeni nəslin yumurtadan çıxmağına lap az vaxt qaldıqda, alıimlər bəzi yumurtaların yerini dəyişdirdilər, daha sonra isə təzə yumurtadan çıxan quşların xüsusiyyətlərini öyrənməyə başladılar. Balacalar doğma valideynlərinin Ardı »

Maraqlı MelumatlarViruslar insanı qocaldır

Herpes virusları orqanizmin immun sisteminin zədələnməsinə səbəb olur ki, bu da insanın tez qocalmasına və

vaxtından əvvəl ölməsinə gətirib çıxarır. Belə nəticəyə Isveç alimləri gəlmişlər. Uzunömürlü insanların sağlamlıq vəziyyətini araşdırarkən Andreas Vikbi kolleqaları ilə birlikdə sübut etmişdir ki, orqanizmdə məhz 5-ci tip herpes virusun (sitomeqalovirus) olması vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Ardı »

Maraqlı MelumatlarMeteoroloqlar havanı necə deyirlər?

Meteoroloqlar havanı necə deyirlər?

Hava hər gün dəyişir. Bəzən bir gündə neçə dəfə dəyişir. İsti, soyuq, küləkli, dumanlı, sakit, yağışlı, quru və sairə. Havanın dəyişməsinə çox faktorlar təsir göstərir, onun dəyişməsinin əsas səbəbi isə Günəşdir. Günəş istiliyi ilə suyu buxarlandırır və isti buxar şəklində göyə qalxmış su göydə soyuyur və yağış şəklində yerə yağır.

Havanı qabaqcadan xəbər verən ixtisasçılar küləyin səmtini, onun artıb və azalacığını, yağışın və qarın yağmasını, havada hərarətin və təzyiqin qalxıb-düşməsini və başqa məlumatları əvvəlcədən xəbər verə bilirlər. Bunun üçün xüsusi meteoroloji stansiyalar və hava məlumatı büroları vardır. Hətta Atlantikada xüsusən böyük bir hava məlumatı stansiyası vardır ki, adına “Hava gəmisi” deyirlər.

Havanın daha Ardı »

Maraqlı MelumatlarBenvenuto Çellinin “Ziyanverici” güzgüsü -II

Qadınları gözəlləşdirən sehirli güzgü (yazınını əvvəlini burdan oxuya bilərsiz)


O, həm də bədbəxtlik gətirir

Zaman keçdi… Tarix güzgünün izini artıq çoxdan gündəmdən silmişdi. Bununla belə, o, dildən-dilə gəzərək yeni nəslin də diqqətini çəkirdi. Əbədi gözəllik eşqində olan qadınların ona olan marağı artmaqdaydı. Təbiətin və zamanın hökmünə qarşı bütün fəlakətləri gözə alan növbəti qadın – görkəmli rus şairi Sergey Yeseninin qəlbinin sultanı kimi tanıdığımız amerikalı rəqqasə Aysedora Dunkan oldu. Rəqqasə qadın bədən quruluşunun dəyişməsi ilə barışa bilmirdi. Bu zəif məqamlarında Ardı »