beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Melumatlar ve gozellik sirleriSızanaqlara qarşı necə mübarizə aparmaq olar?

Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?

Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) – aknenin ən sadə formalarıdır. Bu problemi kosmetik salonda dərinin təmizlənməsi ilə həll etmək olar (sizin dərinizə hansı təmizləmə üsulunun tətbiq ediləcəyini kosmetoloq müəyyən edir).
Bu halda sizə yalnız bir məsləhət verə bilərik: dərinin təmizlənməsi üçün hər hansı bərbərxanaya və ya ev şəraitində qulluq göstərən şəxslərə deyil, bu sahədə ixtisaslaşmış və tanınmış kosmetoloji klinikaya müraciət edin. Özünüz də heç bir halda üz nahiyənizdə olan nə ağ, nə də irinli sızanaqları sıxmağa cəhd etməyin! Burada yalnız kamedonlar istisna təşkil edir. Onları ev şəraitində, qabaqcadan dərinizi yaxşı təmizləyib və buğa verib, əllərinizi yuyaraq antiseptik maddələrlə sildikdən sonra Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriTəbii gözəlliyə qovuşmaq üçün asan başa gələn üsullar

Təbii gözəlliyə qovuşmaq üçün asan başa gələn üsullar

Evdə asanlıqla hazırlaya biləcəyiniz maskalara çox pul xərcləmək lazım deyil. Hər mətbəxdə tapılan ərzaqların da gözəlləşməkdə istifadə qaydaları təqdim edirik:

Hər dərdə dərman limon
Günəş ləkələrini yox etmək üçün ən yaxşı həll yolu limondan keçir. Limonu ortadan kəsin və ləkələrə sürtün. Limonu üzünüzdə 3 dəqiqə saxlayın və yaxalayın.

Kibrit qutusundan pilka
Dırnağınız sınıb ancaq yanınızda pilka yoxdur? Kibrit qutusunun yandırma zolağı ilə dırnaqlarınızı hamarlaya bilərsiniz.

Ən gözəl pilinq türk qəhvəsidir
Dəridəki ölü hüceyrələrdən xilas olmaq üçün içdiyiniz türk qəhvəsinin dibini atmayın. Qəhvə dibi ilə zeytun yağını və ya bədən kremini qarışdırın. Bu maksanı üzünüzə və ya bədəninizə dairəvi hərəkətlərlə sürtün.

Dəriniz bal maskası ilə parıldasın
Qurumuş Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriSinəniz daha gözəl və cazibədar olsun

Sinəniz daha gözəl və cazibədar olsun

Gözəl olduğunu sandığınız cizgilərinizi üzə çıxarmaq sizi daha cazibədar göstərər. Çəkinmədən, sinənizi gizlətmədən yerimək istəyirsizsə, sinə baxım tövsiyələrinə əməl edin.

Soyuq su presi edin
Ən təsirli sıxlaşdırıcıdır. Hər gün müntəzəm olaraq edilən soyuq duş, ya da buz masajıdır. Məşhur xanımlar bundan həmişə istifadə edirlər. Bunun sayəsində əzələ toxumanız güclənəcək və sinəniz formada qalacaq.

Öz masajistiniz olun
Sinə, boyun və çiyinlərə tətbiq edə biləcəyiniz masajlarla sinənizi gözəlləşdirə bilərsiz. Əllərinizə aromatik bədən yağı sürtərək, sağ əlinizlə sol sinənizi, sol əlinizlə sağ sinənizi masaj edin. Digər üsul isə ovuc içlərini sinənizin üzərinə qoyub sağ əlinizi saat istiqamətində, sol əlinizi də tam tərs istiqamətdə çevirərək ovun. Boynunuz, nəfəs borusu Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriÜzünüzə uyğun qaş forması seçin

Üzünüzə uyğun qaş forması seçin

Üzünüzə ən uyğun qaş forması
Bir qələm alın və burun qanadlarınızdan birinə söykəyib, dik olaraq üzünüzdə saxlayın. Qaş, qələmin bərabər gəldiyi nöqtədən başlamalıdır. Sonra qələmi gicgahınıza doğru əyin. Bu nöqtə də qaşın bitdiyi yer olmalıdır. Qaşın başlanğıcı və sonu tək bir xəttdir. Qaşlarınızı, bu xətt çərçivəsində formalaşdırın.Qaş yayınızı təyin edin
Qaşınığın ən yüksək olacağı nöqtə, gözbəbəyinizin üzərindən tutduğunuzda qələmin ucunun göstərdiyi nöqtədir. Qaşınızı almağa başladığınızda diqqət edin: Burundan etibarən qaşın üçdə ikisi yuxarı doğru və qalan üçdə biri də aşağı doğru getməlidir. Əgər qaşın iç qisimi çox qalın və xarici qisimi çox incədirsə, öndən ortaya qədər qaş qələmi ilə düzəldin.

Ağrıtmadan alın
Qaşlarınızı alarkən daim Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriEvdə qaşlarınızı səliqəyə salarkən bu səhvlərə düşməyin!

Evdə qaşlarınızı səliqəyə salarkən bu səhvlərə düşməyin!

Üzə məna qatan ən əhəmiyyətli elementlərdən biri qaşlardır. Səhv alınması bir anda üzünüzün bütün ifadəsini dəyişdirib anlamsızlaşdıra bilər. Bu səbəblə həmişə güvəndiyimiz insanların yanına gedərik.

Qaş necə alınır?
1. Sürətli qaş almayın: Qaşlarınızı alarkən tələsiklik etməyin, yavaş və sakit olun. Bu sayədə qaşınıza girməz səhv bir yerdən artıqdan alaraq qaş xəttinizi pozmazsınız.

2. Maqqaşın iti ucunu istifadə etməyin: İti qismi ilə alsanız qaşlarınız tərs çıxa bilər ya da dərinizə zərər verə bilərsiniz.

3. Sıranı təqib edin: Əgər qaş şəklinizdən məmnunsunuzsa yalnız yeni çıxan qtüklərinizi alın. Qəti şəkildə, hər ehtimala qarşı əlavə tük saxlayın, çünki bir səhvdən sonra corab söküyü kimi gerisi gəlir və düzəltməyə Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriDişləri ağartmağın ən asan üsulu

Dişləri ağartmağın ən asan üsulu

Dişlərin sağlam olması ilə yanaşı, ağ görünməyi də çox önəmlidir. Gözəl gülüş üçün ağ dişlər vacibdir. Dişləriniz kifayət qədər ağ olduqda daha rahat gülümsəyir və özünüzə daha çox güvənirsiniz. Ancaq dişləri hər gün fırçalamaq, keyfiyyətli diş məcunlarından istifadə etmək belə onların ağ qalacağına zəmanət vermir. Odur ki, həftədə bir dəfə də olsa xüsusi qarışımla dişlərinizə qulluq etməlisiniz.

Bunun üçün 1 yemək qaşığı soda, 1 yemək qaşığı üyüdülmüş adaçayı və rəndələnmiş yarım limon qabığını qarışdırmalısınız. Dişlərinizi həftədə iki dəfə bu qarışımla fırçaldıqda faydasını qısa müddətdə hiss edəcəksiniz.

Qeyd edək ki, dırnaqlarınızı da ağartmaq üçün limondan istifadə edə bilərsiniz. Əvvəlcə qreyfurt qabığı ilə dırnaqları ovun. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleri42 yaşlı ulduzun gözəllik sirləri

42 yaşlı ulduzun gözəllik sirləri

Dünən Hollivudun məşhur aktrisası Qvinet Peltronun 42 yaşı tamam oldu. Vaxtilə çəkildiyi filmlər, yaşadığı eşq macəraları ilə gündəmdən düşməyən aktrisa 42 yaşında gənc qızlara məxsus görüntüsü ilə göz oxşayır və haqqında danışdırmağı bacarır. Bred Pitt, Ben Affleklə sevgilis olan aktrisanın hazırda iki uşağı var.
O, dəfələrlə "dünyanın ən gözəl qadını" titulunu alıb. Baxmayaraq ki, buna görə də dəfələrlə tənqid, qınaq obyekti olub. Lakin onun 42 yaşında gənc, gözəl və sağlam görünməsi mübahisə edilməzdir.
Aktrisa sağlamlıq və gözəllik sirlərini şəxsi bloqunda bölüşür. Demə, Qvinetin dərisinin belə gözəl, hamar və parlaq olmasının səbəbi bahalı kremlər deyilmiş. Akrtisa kontras duş sayəsində dərisinin cavan qaldığını söyləyir.
Üz dərisini Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriMükəmməl qaşların 6 sirri

Mükəmməl qaşların 6 sirri

Şübhəsiz ki, qadınlar üçün qaşları çox əhəmiyyətlidir. Mükəmməl və baxımlı qaşlara sahib olmaq üçün tətbiq etməyiniz lazım olan müəyyən qaydalar var. Qadınlar.biz Tabloid.az-a istinadən məhz mükəmməl qaşların 6 sirrini təqdim edir:

Yaxşı maqqaş alın: Üzünüzə düzgün forma vermədən əvvəl, yaxşı bir maqqaş alın. Doğru maqqaş seyrək qaşların qırılmasının qarşısını ala və rahatlıqla ən düzgün formanı verə bilərsiniz.Təbiilikdən uzaqlaşmayın: Nazik alınmış və bir xətt şəklində görünən uzun qaşlar artıq çox köhnəlib. Uzun müddətdir ki, təbii və alınmamış qaşlar olduqca trenddir. Podium kraliçası Kara Delevinin alınmamış qaşları bir çox qadına bu barədə ilham verir. Üzünüzdə süni bir ifadə olmaması üçün qaşlarınızı çox nazik Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriİri sinənin təbii yolla kiçildilməsi

İri sinənin təbii yolla kiçildilməsi

Öncəliklə qeyd edək ki, süd vəzisinin böyüklüyü yağ toxumasının yığılmasından yaranır. Ola bilər ki siz o qədər də kilolu deyilsiniz, normal çəkilərə sahibsiniz, ama süd vəziləriniz böyükdür. Bu o deməkdir ki, sizin orqanizminizdə yağlar daha çox bu zonaya meyl edir. Bunun nəticəsində hərəkət məhdudlaşır, kürək nahiyəsində ağrılar yaranır. Yaxşı bəs, böyük süd vəzilərini kiçiltmək üçün nə etməli?

Bu bölgədəki yağ yığılmasından xilas olmanın bir neçə yolu var. Bunlardan ən asan olanı, lakin çox az tərcih ediləni estetik əməliyyatıdır. Düzdür, xanımlar döşlərini böyütmək üçün estetik əməliyyat olurlar, amma böyük süd vəzilərini kiçiltmək istəyən bir qədər az olur.

Həkimlər də bunu məsləhət görmürlər. Bu üsul Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriFransız xanımlarının möcüzəli gözəllik ritualları

Fransız xanımlarının möcüzəli gözəllik ritualları

Fransız xanımların cavan və gözəl qalmalarının sirri.

Daim cavan və gözəl qalmaq hər birimizin arzusudur. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı siyahısı var. İndi bu siyahını sizə də təqdim edirik. Bu şərtlərə qismən də olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala bilərsiniz.

Nə etmək lazımdır?
Az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.

Nə etmək olmaz?
Çox Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriMakiyajsız gözəllik sirrləri...

Makiyajsız gözəllik sirrləri...

Ətrafınızdakı insanları təbii gözəlliyinizlə təsir etmək istəyirsinizsə makiyaja ehtiyac duymadan da gözəl ola bilərsiniz. Tək etməniz lazım olan, mütəxəssislərin tövsiyələrini doğru olaraq tətbiq etməkdir...

"Heç makiyaj etmədən, ya da yüngül bir makiyajla necə görünərəm?" Deyirsinizsə sizə bir neçə təklifimiz olacaq. Əvvəlcə nəmləndiricilərlə aranızdakı münasibətləri yaxşı tutun.

Makiyaj qadınların imtina edilməz bir parçasıdır. Bir çox kişiyə makiyaja vaxt ayırmaq qəribə gəlsə də, baxımlı qadınlar üçün bir nömrəli qaydadır.

Dərisi problemli xanımlar, ya da gənc qızlar çox makiyaj etmədən, təbii görünərək kiçik hiylələrlə istədikləri görünüşə sahib ola bilərlər.

Buyurun bir neçə təklif...

İşıqlandırıcı krem istifadə edin
Daha işıqlı bir dəri istəyirsinizsə işıqlandırıcı (parladıcı) krem istifadə edin.

Dodaqlarınızı nəmləndirin
Dodaqlarınızın Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriYumşaq əllər üçün maskalar

Yumşaq əllər üçün maskalar

Əllərimizi örtən dəri gün boyunca bakteriya, yuyucu toz, sabun, metal, stəkan və daha nələrlə təmasda olur.

Qadınlar bəzən buna laqeyd yanaşır. Ancaq əllərin qurumaması, vaxtından əvvəl yaşlanmaması və qəhvəyi rəngli ləkələrdən qorunması vacibdir. Bunun üçün Aile.lent.az-ın bəzi tövsiyələri var.
Yuyucu toz istifadə edərkən əlcəkdən mütləq istifadə edin. Günəşdə gəzərkən üzünüzlə yanaşı əlinizin üzərinə də günəş kremi vurmağı unutmayın. Təbii ki, imkan daxilində maskalardan istifadə edin.

Əlləri yumşaldan maskalar

Maska - 1.

1 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı şəkər götürün. Şəkəri ovcunuzun içinə alıb, zeytun yağını yavaş-yavaş üzərinə tökün. O biri əlinizlə qarışdırıb barmaq, barmaq aralarını bununla masaj edin. 5 dəqiqə Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriÜzü gözəlləşdirən ballı maska

Üzü gözəlləşdirən ballı maska

Üzünüzü qidalandıracaq vitaminli maska axtarırsızsa, ballı maskadan faydalanın. Dərinizi canlandıracaq.

Vəsaitlər:
4 yemək qaşığı bişmiş düyü
1 yemək qaşığı bal
istifadə etdiyiniz nəmləndirici krem

Hazırlanması:
Düyünü, balı və istifadə etdiyiniz qidalandırıcı kremi qarışdırın. Üzünüzə yayıb 30 dəqiqə saxlayın. Sonra isti bir dəsmalı 15 dəqiqə ağız, burnunuz çöldə qalmaq şərti ilə üzünüzdə saxlayın. Həftədə iki dəfə edə bilərsiz. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriTürk qəhvəsi və zeytun yağı ilə üz maskası

Türk qəhvəsi və zeytun yağı ilə üz maskası

Qara nöqtələrin meydana gəlməsinə mane olan Türk qəhvəsi və zeytun yağı qarışığı, qadınların yeni üz maskası və peelingi olaraq öz nəticəsini göstərdi.

Asan və bir o qədər də bahalı olmayan bu peeling,həm qara nöqtələrin meydana gəlməsinə mane olacaq,həm də üzünüzün nəmlənməsinə köməkçi olacaq. Eyni zamanda dərinizin yumşaq olmasını təmin edəcək.

Vəsaitlər:

1çay qaşığı Türk qəhvəsi

1 çay qaşığı zeytun yağı

Hazırlanması:

Bir qabın içərisinə 1 çay qaşığı Türk qəhvəsini və 1 şirin qaşığı zeytun yağını töküb qarışdırın. Etdiyiniz qarışığı dərinizə çəkin. Yaxşıca yaydıqdan sonra 5 dəqiqə gözləyin. Sonra soyuq su ilə üzünüzü yuyun. Zeytun yağının təsiri ilə üzünüzü yuduğunuz anda dərinizdə yağlı bir təsir Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriİdeal qaş quruluşu necə olmalıdır

İdeal qaş quruluşu necə olmalıdır

Qalın qaşların moda olduğu bu günlərdə qaşlarınız necə şəkil alacaq deyə düşünürük.Sizinlə paylaşdığımız bu məqalədə istədiyiniz məlumata sahib olacaqsınız ... İdeal qaş quruluşu necə olmalıdır

1. Əvvəlcə qaşlarınız özünə gələnə qədər, Qaşlarınıza toxunmayın şəkil verməyə çalışmayın.

2. Daimi olaraq Qaşlarınıza tətbiq hint yağı qaşlarınızın uzanma müddətini sürətləndirəcək.

3. Qaş qələmi köməyiylə Qaşlarınıza şəkil verin. Bu şəkildə qaşların uzanması sırasındakı görünüşü bağlamış olarsınız.

4. Qaş baxım məhsulları istifadə qaçınmayın.

5. Qaşlarınızı alacağınız zaman professional kömək alın.

İdeal Qaş Necə Olmalı?

1. Qaş qövm ilə göz qövm eyni xəttdə olmalıdır.

2. Gicgahlara doğru çox uzatılmamalı.

3. İki qaşın ortasındakı uzaqlıq yaxşı nizamlanmalı. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriSızanaqlar üçün Evdə Baxım Maskaları

Sızanaqlar üçün Evdə Baxım Maskaları

Yulaflı Sızanaq Maskası

- 1 yemək qaşığı yulaf

- 1 yemək qaşığı qatıq

- 2 damla limon

Hazırlanması

Bu vəsaitləri yaxşıca qarışdırın və dərinizə sürtün. 15 dəqiqə gözləyib yuya bilərsiniz. Həftədə bir dəfə olaraq tədbiq etməlisiniz.

2

Kivi və Gilli Sızanaq Maskası

- 1 ədəd kivi

- Aldığı qədər gil

Hazırlanması

Kiviyi əzərək suyunu çıxarın. Suyuyla gili qarışdırın və dərinizə sürtün. Bu maska sızanaqları çox sürətli qurutduğu üçün dəridə 5 dəqiqə tutulmalıdır. Həftədə 1 bir dəfə tətbiq edə bilərsiniz.

3

Ballı Sızanaq Maskası

- 1 yemək qaşığı bal

- 1 yemək qaşığı limon suyu

Hazırlanması

Vəsaitləri qarışdırın və maskanı yalnız sızanaqlı bölgələrinizə sürtün. 10 dəqiqə gözlədikdən sonra Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriÜzdəki qara nöqtələrə bitki tərkibli maska

Üzdəki qara nöqtələrə bitki tərkibli maska

Biz qadınlar daima gözəl görsənmək üçün müxtəlif yollara əl atırıq. Harda nə maska harda nə məlhəm eşitsək və görsək bacardığımız qədər dərimizə tədbiq edirik. Amma unutmaq lazım deyil ki, dərilər müxtəlif olur. Üzünüzdə istədiyiniz nəticəni almaq istəyirsinizsə maskanı ilk öncə qolunuza tədbiq edin.

Vəsaitlər
1 çay qaşığı razyana
1 çay qaşığı nanə

Hazırlanması
Bu iki bitkini bir qaba əlavə edib 15 dəqiqə qaynadın. Sonra üzünüzü o qaba tutun amma başınıza bir dəsmal salın kiŞ buxar kənarlardan çıxmasın. Sonra isə pambıq ilə üzünüzü silin. Ardı »