Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

K hərfiKeçəlləşmə görmək

Saçların tökülməsi və bütövlükdə keçəl olmaq eyni dərəcədə yozulur.Bu cür yuxular xarici görüşünüz və cinsi həyatınızla bağlı narahatlıqlarınızı əks etdirir. Yuxuda saçınızı zorla qırxıblarsa, bu sonsuzluq barədə narahatlıqlarınıza işarədir. Axı kişiliyin təsdiq olunmasında saçlar mühüm rol oynayır. Əgər real həyatda keçəlləşmə probleminiz yoxdursa, yuxuda isə saçlarınız tökülübsə – bu qocalıqdan qorxmağınızın bariz göstəricisidir. Bəzən keçəlləşmə xəstəlikdən də xəbər verir. Ardı »

K hərfiŞar,kürə görmək

Yuxuda Yerə doğru yaxınlaşan alovlu kürə görmək – gələcəkdə planetimizi dağıdacaq böyük meteroit təhlükəsinə işarədir. Belə yuxu bədbəxtlik əlamətidir. Yuxuda Yer kürəsi görmüsünüzsə, bu yuxu planetinizin real təhlükə altında olduğuna işarədir.Bu təhlükə kənardan deyil, məhz insanların özlərindən gələcək. Məsələ ondadır ki, planetin sakinləri zərif ulduzun üzərində yaşadıqlarını tamamilə unudublar. Hər bir konkret ölkə, hətta hər bir insana elə gəlir ki, o digərlərindən güclüdür və onların ən başlıca istəyi bütün dünyaya öz varlıqlarını silah və zorakılıqla göstərməkdir. Yuxuda Yerə yaxınlaşan iri, tünd kerə görmək – planetimizi ekoloji böhran gözlədiyinə və onun müxtəlif zavodlar tərəfindən atılan tullantılar hesabına yaranacağına işarədir. Elə bir zaman Ardı »

K hərfiKarton görmək

Yuxuda karton görmək o deməkdir ki, etibarsız dostlar sizi vacib işlərdə çaşqınlığa salacaq. Karton kəsmək cəmiyyətdə ən yüksək mövqe qazanmaq üçün mübarizə apararaq bütün çətinlikləri dəf edəcəyinizə işarədir. Ardı »

K hərfiKvars görmək

Bu daş harmoniya effekti yaradan mineral kimi xarakterizə olunur. Kvars haqqında yuxular xarici aləmlə ahəngdar münasibətlər qurmaq istəyinizi ifadə edə bilər. Ardı »

K hərfiKEFAL BALIĞI

Xeyrə yozulur, bir xəstəliyin qısa zaman içində yaxşılaşacağını göstərir. Ardı »

K hərfiKAFTAR (goreşən)

Röyada görülən kaftar çox zalım bir düşmənə yozulur. Belə düşmənə qarşı ayıq olmaq gərəkdir. Dişi kaftar əti yemək-sehrbaz bir qadına işarədir. Dişi kaftarı minmək-bir qadınla izdivaca yozulur. Bu röya əsil-nəsəbsiz bir adamın arvadına işarə olmaqla hiyləgər bir kimsəni də ifadə edir. Erkək kaftarı minmək-hökmdar və dövlət başqanlığına qovuşmağa, sorli işlərin üstünü açmağa işarə sayılır. Ardı »

K hərfiKomet görmək

Yuxuda bu lərzəyəgətirici cismi görmək o deməkdir ki, sizi gözlənilməz sınaqlar gözləyir, lakin mübarizə apararaq orta dərəcədən ən yüksək dərəcəyə yüksələcəksiniz. Gənc qadın üçün bu yuxu ağır itkilər və kədər deməkdir. Ardı »