Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zabit

Bir gənc leytenantı ucqar yerə xidmətə göndərirlər. Elə ilk gün o, başqa leytenantlarla birgə kənd klubuna diskotekaya gedir. Baxır ki, burada bir dənə də qəşəng qız yoxdur. Birdən diskotekaya gözəl bir qız daxil olur. Gənc leytenant deyir: - Bu qız mənimki olacaq. - Dəli olma, bu bizim komandirin, polkovnikin qızıdır… - Mənə fərqi yoxdur, bu gecə o qıznan olmalıyam, vəssalam! Gənc leytenant qızı rəqsə dəvət edir və elə ilk rəqs başa çatmamış qıza deyir: - Bu gecə mən səninlə olmalıyam, gecə saat 1-də məni gözlə. Təəccübdən qızın gözləri bərələ qalır: - Sən nə həyasız oğlansan, axı biz heç tanış olmamışıq – deyir qız, diskotekadan çıxıb gedir düz atasının yanına və gənc leytenantın təklifini ona çatdırır. Atası deyir: - Qızım, sən narahat olma, mən sənin otağında şkafda gizlənərəm, gəlsin görək nə demək istəyir… Qız soyunub uzanır yerinə, polkovnik girir şkafda gizlənir. Düz saat 1-də qapılar taybatay açılır, gənc leytenant bir bölük əli avtomatlı əsgərlə girir otağa və başlayır komanda verməyə: - İki nəfər pəncərənin, iki nəfər də şkafın ağzına! İki nəfər qapıya, iki nəfər də çarpayının altına! İlk hərəkətdəcə xəbərdarlıq etmədən atəş açırsınız! Sonra gənc leytenant girir qızın yanına, işini görür və əsgərlərini də götürüb gedir. Qız şkafdan çıxan atasına deyir: - Gördün? Əsil kişidi, dedi və elədi… Polkovnik də qayıdır ki: - Kişiliyini bilmirəm, amma əsil zabitdir, gördün xidməti necə təşkil eləmişdi?!.)))


Tarix: 30.12.2012 / 04:47 Müəllif: [Ram] Baxılıb: 3060 Bölmə: 18+ Letifeler
loading...