Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

L hərfiYuxuda Lotereya görmək

Yuxuda lotereyaya böyük maraq göstərdiyiniz görsəniz, bu gözəl bir səyahətə imkan yaradacaq iş quracağınıza işarədir. Yuxuda xoşbəxt lotereya bileti görmək birjada udacağınıza, lakin bunun sizə narahatlıq gətirəcəyinə işarədir.Yuxuda başqalarının udduğunu görmək tezliklə maraqlı və şən insanlarla əyləncədə olacağınıza işarədir. Yuxuda lotereyanı uduzmusunuzsa, pisniyyətli insanların qurbanına çevriləcəksiniz və depressiyaya düşəcəksiniz. Gənc qadın yuxuda lotereya görübsə, bu o deməkdir ki, onun yüngül hərəkətləri peşmançılıq və məyusluğa gətirib çıxaracaq və əri etibarlı olmayacaq. Yuxuda lotereya görmək mümkün yalan və tələyə düşçə ehtimalına işarədir. Qız üçün belə yuxu ümidlərinin boşa çıxacağına işarədir. Ardı »

L hərfiLombard görmək

Yuxuda lombarda girmisinizsə, sizi kədər və itki gözləyir. Yuxuda əşyalarınızı lombarda qoymusunuzsa, bu o deməkdir ki, həyat yoldaşınızla və ya sevgilinizlə xoşagəlməz hallar və işlərdə məyusluq gözlənilir. Gənc qadın yuxuda lombarda gedirsə, o, ağılsız bir işdə günahkar olacaq. Çox güman ki, dostunun itirməyindən kədərlənəcək. Əşya geri almaq sizin itirilmiş mövqeyinizi yenidən qazanacağınıza işarədir. Yuxuda lombarda baxırsınızsa, bu o deməkdir ki, sizə olan etibara etinasız yanaşaraq təhlükədə olacaqsınız. Yaxşı adınızı qurban verərək xoşagəlməz işlərdə iştirak etməli olacaqsınız. Ardı »

L hərfiYuxuda linza görmək

Yuxuda linza görmək yuxu sahibinin ya da ətrafındakıların bəzi hallarda bu kimi bir vasitə istifadə və ya eynək yerinə linza istifadə etməyi düşünməsinə, yuxuda linza almaq işlərinizi asanlaşdırmaq üçün müxtəlif vasitə vəsaitlər əldə etməyə, yuxuda linza cırılması bəzi çətinlikli vəziyyətlər ilə qarşılaşmağa şərh oluna bilər. Yuxuda linza taxmaq nədir sualının cavabı olaraq linza taxma işləri daha asan və sadə bir şəkildə həll etməyə çalışmağa, yuxuda linzalı göz görmək sevincə, sizi xoşbəxt edəcək inkişaflar yaşanmasına təbir edilə bilər. Yuxuda mavi linza görmək bolluq və bərəkət içərisində keçəcək olan zamana və pul qazanc əldə etməyə, yuxuda yaşıl linza görmək qarşınıza çıxacaq olan müxtəlif Ardı »

L hərfiLimon görmək

Yuxuda enliyarpaqlı limon ağacına baxmaq sevdiyiniz adama qarşı qısqanclığa işarədir. Limon yemək alçalmaq və kədərə işarədir. Yaşıl limon yoluxucu xəstəliklərə işarədir. Yuxuda quru limon yemək evlilər üçün boşanma, sevgililər üçün münasibətlərin korlanmasına işarədir. Ardı »

L hərfiYuxuda Lunatik görmək

Yuxuda özünüzü lunatik görmüsünüzsə, bu o deməkdir ki, həyatda hansısa şərti könülsüz olaraq qəbul edəcəksiniz və bu razılaşmanız sizə çoxlu qayğı gətirərək uğursuzluqla nəticələnəcək. Ardı »

L hərfiYuxuda Lezbian görmək

Yuxuda lezbianla ünsiyyətdəsinizsə, bu yuxu dərhal yeni iş təklifləri alacağınıza işarədir. Yuxuda lezbian olmaq o deməkdir ki, bütün dostlarınız sizdən üz döndərəcək. Yuxuda öpüşən lezbianlar görmək sizin ciddi problem yaşayacağınıza və bundan məharətlə qurtulacağınıza işarədir. Gənc qız yuxuda özünü lezbian kimi görürsə, belə yuxu onun tənhalıqdan və kişi qayğısından uzaqda olduğuna, lakin vəziyyəti düzəldə bilmədiyinə işarədir. Yuxuda qızınızın lezbian olduğunu görmüsünüzsə, bu, real həyatda uşaqlarınıza kifayat qədər vaxt ayıra bilmədiyinizə və bundan məyus olacağınıza işarədir. Ardı »

L hərfiLORD

Röyada bir lord, daha doğrusu, ingilis lordu görmək-fırıldağa düşəcəksiniz. Ardı »

L hərfiYuxuda Laboratoriya görmək

Yuxuda laboratoriya görmək o deməkdir ki, öz qüvvənizi lazımi istiqamətə yönəldəcəksiniz. Gənc insanlara belə yuxu uğurlu peşə seçiminə işarədir. Yuxuda laboratoriyadasınızsa, sizi çoxdan bəri can atdığınız hörmət, nüfuz gözləyir. Yuxuda özünüzü laboratoriyada kimyagər kimi görmüsünüzsə, bu, sizin sonda istənilən nəticəni verməyəcək işə çoxlu enerji sərf edəcəyinizə işarədir. Laboratoriyada elmi təcrübələr aparmaq o deməkdir ki, yaxın günlərdə öz vəziyyətinizi yaxşılaşdırmaq üçün heç nə edə bilməyəcəksiniz. Yuxuda təcrübənin uğurla tamamlandığını görsəniz, işlər axıra qədər belə getməyəcək.

Xəstəlik əlamətidir. Ardı »