Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İ hərfiYuxuda İnciklik görmək

Yuxuda özünü küskün görmək tezliklə səhv hərəkətinizin özünüzdən narazı qalmağınıza səbəb olacağına işarədir. Yuxuda kimisə küsdürmək arzuolunan məqsədə çatmaqda uzun mübarizəyə işarədir. Yuxuda qadın küsübsə, inciyibsə, bu, həyatda öz tələsik qərarları və valideynlərinə qulaq asmamasından peşman olduğuna işarədir. Bəzən yuxuda kimdənsə incimək kədərli hadisələrə işarədir. Ardı »

İ hərfiYuxuda İşsizlik görmək

Yuxuda işsizlikdən əziyyət çəkmək işlərdə uğursuzluğa, arzuların həyata keçməməsinə işarədir. Dostlarınızı yuxuda bekar, işsiz görmək tezliklə onlar haqqında pis, xoşagəlməz xəbər eşidəcəyinizə işarədir. Əgər qadın yuxuda tənbəl, bekar həyat tərzi sürürsə, bu onun real həyatda mənasız, pis vərdişlərə düçar olacağına işarədir və onu uğursuz evlilik gözləyir. Ardı »

İ hərfiYuxuda İşçi görmək

İşçini iş başında görmək – vacib səfər gözlənilir; işçinin istirahət etdiyini görmək – xoşagəlməz hadisələrə işarədir. Ardı »

İ hərfiYuxuda İncil görmək

Yuxuda İncil görmək o deməkdir ki, sizə həyatda təmiz və müqəddəs şəkildə zövq almaq qismət olacaq.

İncil oxumaq – yaxşı məsləhət almağa işarədir. Ardı »

İ hərfiYuxuda İldırım, şimşək görmək

Yuxularınızda ildırım görmək xoşbəxtlik və qısa müddət ərzində çiçəklənməyə işarədir. İldırım sizə yaxın olan obyektdə işıqlanıbsa və bundan həyəcanlanmısınızsa, onda dostunuzun uğurlu taleyinə sevinəcəksiniz və ya əksinə dedi-qodular və xəbərçilərdən təşvişə düşəcəksiniz. Qara buludlar arasında şimşək çaxdığını görmək kədər və məyusluğun sizi uzun müddət izləyəcəyinə işarədir. Şimşək üzərinizə işıq salıbsa, gözlənilməz kədər ürəyinizi ağrıdacaq. Başınızın üzərində ildırım çaxdığını görmək sevinc və çoxlu gəlirə işarədir. Qaranlıqda qara buludlar arasında ildırım çaxdığını görmək itki və kədər təhlükəsinə işarədir. Biznesmenlər öz biznesləri ilə daha çox məşğul olmalı, qadınlar ərləri və analarının yanında olmalıdırlar. Belə yuxudan sonra uşaqlar və xəstələr daha çox qayğı istəyirlər. Ardı »

İ hərfiİLK BAHAR

Röyada yaz mövsümü görmək-xeyrə əlamət sayılır. Bolluq və bərəkət anlamına gəlir. Ardı »

İ hərfiYuxuda Dua, ibadət etmək görmək

Yuxuda dua etmək və ya başqalarının ibadət etdiyini görmək o deməkdir ki, sizi uğursuzluqlar gözləyir və böyük çətinliklə onları dəf edəcəksiniz. Bu, çətinlikləri dəf etmək üçün dostlarınızın köməyinə ehtiyacınız olacağına işarədir. Ardı »

İ hərfiYuxuda İnvestisiya görmək

Əgər yuxuda işinizi genişləndirmək üçün investisiya almısınızsa, bu yuxu o deməkdir ki, siz dostlar və qohumlarınızın dəstəyindən istifadə etməyə adət etmisiniz və onlarsız öz fəaliyyətinizi təsəvvür edə bilmirsiniz, lakin tezliklə yalnız işləməyə başlayacaqsınız. Yuxuda hansısa işə investisiya yatırmaq o deməkdir ki, siz vaxtınızı boş-boş şeylərə sərf edirsiniz, halbuki əsl və faydalı işlə məşğul ola bilərsiniz. Əgər yuxuda investisiya şirkətinin sahibisinizsə, bu o deməkdir ki, siz öz vəziyyətinizdən razı deyilsiniz, lakin öz problemlərinizi həll etməkdən daha çox onlardan danışmağı sevirsiniz, ona görə də işlərinizin yaxşılaşacağını gözləməyin. Əgər yuxuda bank investorusunuzsa, belə yuxu sizin işlərinizdə uğur və ətrafdakıların hörmətini qazanacağınıza işarədir. Öz müəssisənizə Ardı »